Hud - 11:72
"Vay başıma gələnlər," dedi, "Mən yaşlı bir qadın və ərim də qoca bir adam ikən uşaqmı doğacağam? Bu, çox qəribə bir şeydir!"
"Mən yaşlı, ərim də qoca ikən uşaq doğa bilərəmmi?": Əlaqəli
Məryəm/19:1
Kəf. Ha. Yə. Əyn. Sad.
Məryəm/19:2
Bu, Rəbbinin, qulu Zəkəriyyaya olan rəhmətinin xatırlanmasıdır.
Məryəm/19:3
Rəbbinə gizli bir yalvarışla səslənmişdi,
Məryəm/19:4
"Rəbbim, vücudumdakı sümük zəiflədi, başım da ağappaq ağarmışdı. Rəbbim, Sənə yalvardığımda, heç bir vaxt naümid olmadım."
Məryəm/19:5
"Mənə tabe olanların məndən sonrakı halından narahat oluram. Arvadım da qısırdır. Qatından mənə bir varis bağışla."
Məryəm/19:6
"Mənə və Yəqub soyuna varis olsun. Rəbbim, onu bəyəndiyin biri et."
Məryəm/19:7
"Zəkəriyya, sənə bir oğul müjdələyirik. İsmi Yəhyadır. Onun kimisini daha öncə yaratmadıq."
Məryəm/19:8
"Rəbbim, mənim necə bir oğlum ola bilər? Arvadım qısır, mən isə həddən artıq yaşlıyam," dedi.
Məryəm/19:9
"Bəli elədir, (lakin) Rəbbin, 'O iş Mənim üçün asandır. Daha öncə səni yaratmışdım və sən heç bir şey deyildin' deyir."