Hud - 11:84
Mədyənə də qardaşları Şueybi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Sizi rifah içində görürəm və sizin üçün, (sizi) bürüyəcək bir günün əzabından qorxuram.
Ölçünü və tərəzini əskik tutmayın:
Mutaffifin/83:1
Təəssüflər olsun aldadanlara.
Mutaffifin/83:2
İnsanlardan bir şey aldıqlarında ölçünü tam ölçərlər.
Mutaffifin/83:3
Verdikləri zaman isə ölçünü və çəkini əskik tutarlar.
Mutaffifin/83:4
Onlar diriləcəklərini heç güman etmirlər?
İsra/17:35
Ölçdüyünüz zaman ölçünü tam edin və doğru tərəzi ilə çəkin. Əlbəttə bu daha yaxşıdır və nəticəsi daha gözəldir.
Əraf/7:85
Mədyənə də qardaşları Şueybi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Ölçü və çəkini tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin. Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. İman edirsinizsə bunlar sizin üçün daha xeyirlidir."