Hud - 11:85 "Ey xalqım, ölçünü və çəkini ədalətlə tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin və yer üzündə pislik işləyərək fəsad törətməyin."
Ölçünü və tərəzini əskik tutmayın:
Mutaffifin/83:2 İnsanlardan bir şey aldıqlarında ölçünü tam ölçərlər.
Mutaffifin/83:3 Verdikləri zaman isə ölçünü və çəkini əskik tutarlar.
Mutaffifin/83:4 Onlar diriləcəklərini heç güman etmirlər?

İsra/17:35 Ölçdüyünüz zaman ölçünü tam edin və doğru tərəzi ilə çəkin. Əlbəttə bu daha yaxşıdır və nəticəsi daha gözəldir.

Əraf/7:85 Mədyənə də qardaşları Şueybi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Ölçü və çəkini tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin. Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. İman edirsinizsə bunlar sizin üçün daha xeyirlidir."