Hud - 11:86 "İman edirsinizsə, Allahın (halal) etdiyi, sizin üçün daha yaxşıdır. Mən sizin üzərinizdə nəzarətçi deyiləm."
"Mən sizin üzərinizdə gözətçi deyiləm": Əlaqəli
Nisa/4:80 Elçiyə itaət edən, Allaha itaət etmiş olar. Kim üz çevirərsə çevirsin; Biz səni onların üzərinə gözətçi göndərmədik.

Ənam/6:104 Rəbbinizdən sizə aydınladıcı bilgilər gəlmişdir. Kim görərsə öz xeyrinə, kim korluq edərsə öz zərərinədir. Mən üzərinizdə nəzarətçi deyiləm.
Ənam/6:107 Allah istəsəydi, ortaq qoşmazdılar. Səni onların üzərinə gözətçi qoymadıq. Onların vəkili də deyilsən.

Hud/11:86 "İman edirsinizsə, Allahın (halal) etdiyi, sizin üçün daha yaxşıdır. Mən sizin üzərinizdə nəzarətçi deyiləm."

Şura/42:48 Üz çevirirlərsə, Biz səni onlara bir nəzarətçi olaraq göndərmədik. Sənin öhdənə düşən sadəcə bildirməkdir. Biz insana Öz tərəfimizdən bir rəhmət daddırdığımız zaman onunla sevinir; Amma öz etdiklərinin bir nəticəsi olaraq başlarına bir pislik gəlsə, o zaman insan nankorlaşır.

Zumər/39:41 Biz bu Kitabı sənə, insanlar üçün gerçəklə nazil etdik. Kim doğrunu taparsa, özü üçündür. Kim azarsa da, öz əleyhinə azmış olar. Sən onların advokatı (vəkili) deyilsən.

Şura/42:6 Allahdan başqasını vəlilər seçənlərə Allah (Özü) nəzarət etməkdədir. Sən onların advokatı (vəkili) deyilsən.

Ənam/6:66 Gerçək olmasına rəğmən sənin xalqın bunu (Quranı) yalanladı. De ki: "Mən üzərinizdə nəzarətçi deyiləm."