Hud - 11:89
"Xalqım, mənə qarşı çıxmanız, əsla sizi Nuh xalqının, və ya Hud xalqının, yaxud Saleh xalqının başına gələnlər kimi bir fəlakətə götürməsin. Üstəlik, Lut xalqı sizdən çox da uzaqda deyil."
Cəmiyyətlər inanclı və muttəqi olarsa:
Maidə/5:66
Tövratı, İncili və onlara nazil edilənləri tətbiq etsəydilər, onları başdan ayağa nemətlərə boğardıq. Onların arasında mötədil bir camaat olsa da, əksəriyyəti pis işlər görməkdədir.
Hud/11:52
"Ey xalqım, Rəbbinizdən bağışlanma diləyin, sonra Ona yönəlin ki, göydən üzərinizə bol rəhmət yağdırsın, gücünüzə güc qatsın. Günahkarlar olaraq üz çevirməyin!"
Zuxruf/43:33
Bütün insanlar (inkarçılıqda) vahid bir cəmiyyət olmasaydı, Rəhmanı inkar edənlərin evini gümüş tavanlar və çıxıb qalxacaqları nərdivanlarla təchiz edərdik.
Zuxruf/43:34
Evlərinə qapılar və komfortlu mebellər.
Zuxruf/43:35
Və neçə-neçə cəzbedici maddələr. Bütün bunlar bu dünya həyatının keçici materialıdır. Axirət isə Rəbbinin qatında müttəqilərindir.
Nisa/4:147
Siz şükür edib və iman etsəniz, Allah sizi nə üçün cəzalandırsın ki? Allah Qarşılıq Verəndir, Güclüdür.
Əraf/7:96
Ölkələrin xalqları iman edib müttəqi davransaydılar, göylərdən və yerdən üzərlərinə bolluq qapısını açardıq. Amma yalanladılar və bundan sonra qazandıqları ilə birlikdə onları yaxaladıq.
Yunus/10:98
İnancı özünə fayda verməyən bir camaat olsaydı belə, Yunusun xalqı bunun bir istisnası olardı; İman etdikləri zaman, bu dünya həyatındakı alçaldıcı əzabı onların üzərindən qaldırdıq. Bir müddətə qədər onları nemətlərlə yaşatdıq.
Hud/11:117
Xalqı müttəqi davrandığı müddətcə, Rəbbin məmləkətləri məhv edəcək deyildir.
Nəhl/16:112
Allah güvən içində uğur qazanmış bir topluluğu örnək olaraq verir: O topluluğun ruzisi onlara hər tərəfdən bol miqdarda yetişirdi. Ancaq daha sonra, Allahın nemətlərinə qarşı nankor davranınca Allah onlara aclıq və qorxu bəlasını daddırdı.
Qasas/28:59
Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.
Saffat/37:139
Yunus da, elçilərdən biri idi.
Saffat/37:141
Qarşı çıxdı və yanlış qərar verənlərdən oldu.
Saffat/37:147
Biz onu yüz min və ya daha çox adama göndərdik.
Saffat/37:148
İman etdilər, Biz də onları bir müddətə qədər dolandırdıq (gün-güzəran verdik).