Hud - 11:90 "Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Şübhəsiz, Rəbbim Rəhmlidir, Sevəndir."
Şueybin (ə) xalqı Mədyənlilərin bağışlanma və tövbə diləmələrini tələb edən günahları:
Hud/11:84 Mədyənə də qardaşları Şueybi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Sizi rifah içində görürəm və sizin üçün, (sizi) bürüyəcək bir günün əzabından qorxuram.
Hud/11:85 "Ey xalqım, ölçünü və çəkini ədalətlə tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin və yer üzündə pislik işləyərək fəsad törətməyin."
Hud/11:87 Dedilər ki: "Şueyb, atalarımızın qulluq/xidmət etdiklərindən və ya ticarətimizi istədiyimiz kimi idarə etməkdən əl çəkməyimizi, sənin namazınmı lazım bilir? Sən əslində yumşaq xasiyyətlisən, ağıllısan."