Hud - 11:92
Dedi ki: "Ey xalqım, qəbiləm sizə görə Allahdan dahamı üstündür ki, Ona arxa çevirdiniz? Rəbbim, sizin bütün etdiklərinizi Əhatə Edəndir."
Ona arxa çevirdiniz/Mesajı yalanladınız:
Naziat/79:15
Sənə Musanın tarixi yetişdimi?
Naziat/79:16
Rəbbi, mübarək Tuva vadisində ona səslənmişdi:
Naziat/79:17
"Fironun yanına get; o azdı."
Naziat/79:18
Ona de ki, "Təmizlənməyəcəksənmi?"
Naziat/79:19
"Səni Rəbbinə tərəf yetişdirim ki, hörmətli olasan."
Naziat/79:20
Ona böyük möcüzəni göstərdi.
Naziat/79:21
Fəqət o yalanladı və qarşı gəldi.
Naziat/79:22
Sonra, arxa çevirdi, (ziddinə) səy göstərdi.
Naziat/79:23
Toplayıb, elan etdi.
Naziat/79:24
"Mən sizin ən uca Rəbbinizəm," dedi.
Naziat/79:25
Axırda, Allah onu axirət və dünya cəzasına çarpdı.
Hud/11:90
"Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Şübhəsiz, Rəbbim Rəhmlidir, Sevəndir."
Hud/11:91
Dedilər, "Şueyb, sənin söylədiklərinin bir çoxunu anlamırıq. Üstəlik biz, səni aramızda gücsüz görürük. Qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sənin bizə qarşı hər hansısa bir üstünlüyün yoxdur."
Hud/11:92
Dedi ki: "Ey xalqım, qəbiləm sizə görə Allahdan dahamı üstündür ki, Ona arxa çevirdiniz? Rəbbim, sizin bütün etdiklərinizi Əhatə Edəndir."
Muddəssir/74:11
Bir fərd olaraq yaratdığım kimsəni Mənə burax.
Muddəssir/74:12
Ona həm zənginlik verdim,
Muddəssir/74:13
Həm də gözü önündə övladlar...
Muddəssir/74:14
Ona nemətlər yağdırdım.
Muddəssir/74:15
Buna rəğmən, daha artığını istəyir.
Muddəssir/74:16
Əsla, çünki o, ayələrimizə qarşı bir inadkar oldu.
Muddəssir/74:17
Onu çətin bir yoxuşa dırmandıracağam.
Muddəssir/74:18
Necə ki, o, düşündü; ölçdü-biçdi.
Muddəssir/74:19
Məhv olası, nə cür ölçdü-biçdi?!
Muddəssir/74:20
Məhv olası, yenə nə cür ölçdü-biçdi?!
Muddəssir/74:21
Baxdı.
Muddəssir/74:22
Sonra qaşqabağını salladı, qaşlarını çatdı.
Muddəssir/74:23
Və arxasını çevirdi; təkəbbür göstərdi:
Muddəssir/74:24
"Bu, təsirli sehrdən başqa bir şey deyildir!" dedi.
Muddəssir/74:25
"Bu, sadəcə bir insan sözüdür."
Muddəssir/74:26
Onu Səqərə atacağam.
Muddəssir/74:27
Səqər nədir bilirsənmi?
Muddəssir/74:28
Nə buraxar, nə də yüklənər,
Leyl/92:14
Mən sizi alovlu bir atəşə qarşı xəbərdar etdim.
Leyl/92:15
Oraya talesiz (bədbəxt) olandan başqası girməz.
Leyl/92:16
O ki, yalanladı və arxasını çevirdi.
Leyl/92:17
Müttəqi isə ondan uzaq tutulacaqdır.
Bəqərə/2:101
Yanlarındakını təsdiqləyən bir elçi Allah tərəfindən görəvli olaraq onlara gəlincə, kitab verilənlərin bəzisi, Allahın kitabına arxa çevirdilər. Bilmirlərmiş kimi...
Məaric/70:15
Xeyr, o alovu atəşdir.
Məaric/70:16
Yandırıb-yaxmaq üçün istəklidir...
Məaric/70:17
Çağırır, arxasını dönüb gedəni,