Hud - 11:94 Əmrimiz gəlincə Şueybi və onunla birlikdə iman edənləri Bizdən bir rəhmətlə qurtardıq. Zülm edənləri qorxunc gurultu yaxaladı; yurdlarında çöküb qaldılar.
İman edənlər həmişə az olublar.
Zəriyət/51:36 Zatən orada bir evdən başqa heç bir müsəlman tapmadıq.
Zəriyət/51:35 Sonra, orada iman edənlərdən kim varsa çıxardıq.
Zəriyət/51:34 "Rəbbinin tərəfindən həddi aşanlar üçün işarələnmiş olaraq."
Zəriyət/51:33 "Üzərlərinə palçıqdan daşlar göndərmək üçün..."
Zəriyət/51:32 Dedilər ki, "Biz günahkar bir topluluğa göndərildik."
Zəriyət/51:31 (İbrahim:) "Ey elçilər, əsl görəviniz nədir?" dedi.

Yunus/10:83 Firon və əyanlarının işgəncə və təzyiqindən qorxduqları üçün Musaya, xalqından ancaq bir neçə nəfər iman etdi. Firon, yer üzündə həddi çox aşan bir tiran idi.

Hud/11:40 Nəhayət, əmrimiz gəlib və göy qaynayıb daşınca, ona dedik ki: "Hər növdən bir cütü, daha öncə  məhkum edilmişlər xaric, ailə-uşağını və iman edənləri ona yüklə." Onunla birlikdə iman etmişlər zatən bir neçə nəfər idi.