Yusuf - 12:100
Ana-atasını taxtın üzərinə qaldırdı. Hamısı onun üçün səcdəyə qapandılar. Dedi ki: “Atacan, Bu, öncədən gördüyüm yuxunun gerçəkləşməsidir. Rəbbim onu gerçəkləşdirdi. Şeytan, mənimlə qardaşlarımın arasını açdıqdan sonra O məni həbsxanadan çıxararaq və sizi çöldən gətirərək mənə yaxşılıq etdi. Gerçəkdən Rəbbim istədiyinə qarşı çox şəfqətlidir. O, Biləndir, Hikmət sahibidir."
İlişkili:
Yusuf/12:7
İstəyənlər üçün, Yusuf və qardaşlarında dərslər vardır:
Yusuf/12:8
(Qardaşları) demişdilər ki: "Atamız Yusuf və (öz) qardaşını bizdən daha çox sevir, biz isə çoxluq təşkil edirik. Atamız açıq-aydın yanlış bir mövqedədir."
Yusuf/12:9
"Yusufu öldürün, ya da onu uzaq bir yerə yollayın ki, atanızın diqqəti sizə cəmlənsin. Daha sonra da müttəqi bir topluluq olarsınız."
Yusuf/12:10
Onlardan biri belə dedi: "Yusufu öldürməyin, onu quyunun dibinə atın. Belə etsəniz, karvanlardan biri onu tapıb götürə bilər."
Yusuf/12:11
Dedilər ki: "Ey atamız, nə üçün Yusuf haqqında bizə güvənmirsən? Halbuki biz onun candan dostlarıyıq."
Yusuf/12:12
"Onu bizimlə birlikdə yolla ki, qaçıb oynasın. Şübhəsiz biz onu qoruyacağıq."
Yusuf/12:13
Dedi ki: "Onu götürüb aparmanız məni narahat edir. Qorxuram ki, xəbərsiz olduğunuz vaxt onu qurd yeyər."
Yusuf/12:14
Dedilər ki: "Biz böyük bir qrup olduğumuz halda onu qurd yeyərsə, o zaman gerçəkdən ziyana uğrayanlardan olarıq."
Yusuf/12:15
Onu götürdükləri və quyunun dibinə atmaq üçün toplaşıb qərar verdikləri sırada biz ona: "(Üzülmə) onların bu etdiklərini, heç fərqində olmayacaqları bir anda onlara xəbər verəcəksən," deyə vəhy etdik.
Yusuf/12:16
Axşam vaxtı ağlayaraq atalarının yanına gəldilər.
Yusuf/12:17
Dedilər: "Ey atamız, getdik, yarışırdıq. Yusufu da əşyamızın yanında qoymuşduq. Nəhayət onu qurd yedi. Doğru danışsaq belə sən bizə inanmayacaqsan."
Yusuf/12:18
Köynəyinə yalandan qan bulaşdırmışdılar. Dedi ki: "Doğrusu, eqonuz sizi bir işə sürükləmişdir. Mənə düşən (bu acıya) gözəl şəkildə dayana bilməkdir. Sizin gizli planınıza qarşı ancaq Allahdan yardım istənər."