Yusuf - 12:100 Ana-atasını taxtın üzərinə qaldırdı. Hamısı onun üçün səcdəyə qapandılar. Dedi ki: “Atacan, Bu, öncədən gördüyüm yuxunun gerçəkləşməsidir. Rəbbim onu gerçəkləşdirdi. Şeytan, mənimlə qardaşlarımın arasını açdıqdan sonra O məni həbsxanadan çıxararaq və sizi çöldən gətirərək mənə yaxşılıq etdi. Gerçəkdən Rəbbim istədiyinə qarşı çox şəfqətlidir. O, Biləndir, Hikmət sahibidir."
İlişkili:
Yusuf/12:35 Sonra (vali və adamları Yusufun günahsızlığına dair) dəlilləri görmələrinə rəğmən, onu müəyyən bir müddətə qədər həbsxanaya atmağı uyğun gördülər.
Yusuf/12:42 O iki nəfərdən, qurtulacağını proqnoz verdiyi kimsəyə, "Məni rəbbinin (ağanın) yanında xatırla," dedi. Ancaq Rəbbinin (ağasının) yanında (Yusufu) xatırlamağı şeytan ona unutdurunca (Yusuf) həbsdə bir neçə il əlavə qaldı.
Yusuf/12:43 Kral dedi ki: "Yuxumda yeddi kök inək görürəm, onları yeddi zəif inək yeyir; ayrıca yeddi yaşıl və yeddi quru sünbül... Ey seçkinlər, yuxuların yozumunu edə bilirsinizsə, bu yuxumu mənim üçün həll edin."
Yusuf/12:44 "Qarmaqarışıq yuxulardır bunlar. Biz belə yuxuların yozumunu bilmərik." dedilər.
Yusuf/12:45 O iki nəfərdən qurtulmuş olanı, neçə zaman sonra xatırladı və: "Məni (Yusufun yanına) göndərərsəniz, sizə onun yozumunu bildirəcəyəm," dedi.
Yusuf/12:46 (Zindana gedib:) "Yusuf, ey can yoldaşım, bizə yeddi arıq inək tərəfindən yeyilən yeddi kök inək, yeddi yaşıl və quru sünbül haqqında açıqlama ver ki, insanlara məlumat verim."
Yusuf/12:47 Dedi ki: "Yeddi il boyunca əkib-biçdiyinizi, yediyiniz az bir qismi istisna olmaqla, sünbüllərində buraxıb saxlayın."
Yusuf/12:48 "Sonra onun ardından yeddi quraqlıq (ili) gələcək və sizin saxladığınızın az bir bölümü xaric, o illər üçün öncədən yığıb saxladıqlarınızı yeyib bitirəcəkdir."
Yusuf/12:49 "Ondan sonra isə elə bir il gəlir ki, onda insanlar fərəhlənəcək və onda (meyvə) sıxıb, (heyvan) sağacaqlar."
Yusuf/12:50 Kral, "Onu mənim yanıma gətirin," dedi. Elçi onun yanına gəlincə (Yusuf,) "Rəbbinin (ağanın) yanına dön və barmaqlarını kəsən qadınların halını ondan soruş. Şübhəsiz mənim Rəbbim, onların intriqalarını bilir." dedi.
Yusuf/12:51 (Kral qadınlara:) "Yusufu başdan çıxarmaq istəyərkən vəziyyətiniz nə idi?" Qadınlar, "Allah qorusun; biz ondan bir pislik görmədik!" dedilər. Bundan sonra, valinin arvadı belə dedi: " Gerçək artıq ortaya çıxdı. Onu mən yoldan çıxartmağa çalışmışdım. O doğru danışır."
Yusuf/12:52 (Yusuf:) "Ümid edirəm ki, (ağam,) arxasından ona xəyanət etmədiyimi bilir. Çünki Allah xainlərin planını təsdiqləməz.
Yusuf/12:53 "Günahsız olduğumu iddia etmirəm. Şübhəsiz eqo, pisliyi arzulayır. Mən ancaq Rəbbimin mərhəmətini ümid edirəm; Rəbbim Bağışlayandır, Rəhmlidir."
Yusuf/12:54 Kral dedi ki: "Gətirin onu, yanımda çalışması üçün! Onu təyin edim." Onunla danışıb görüşüncə, "Sən artıq bu gün yanımızda önəmli bir məqamı olan etibarlı birisən," dedi.
Yusuf/12:55 Dedi ki: "Məni ölkənin maliyyə işlərinin başına gətir. Şübhəsiz mən yaxşı qoruyar, yaxşı bilirəm," dedi.
Yusuf/12:56 Beləcə, Yusufu o ölkədə yerləşdirdik. İstədiyi kimi hərəkət edə bilirdi. İstədiyimiz kimsəyə rəhmətimizi yağdırarıq. Gözəl davrananları mükafatsız buraxmarıq.