Yusuf - 12:101 "Rəbbim, Sən mənə hökmranlıq verdin və yuxuların yozumunu öyrətdin. Yeri və göyü ayıraraq yaradansan. Dünya və axirətdə Sənsən mənim Vəlim (Sahibim). Canımı müsəlman olaraq al və məni yaxşılara qat."
Mələklər iman edənlərin canlarını alarkən:
Nəhl/16:32 Yaxşı vəziyyətdə ikən mələklər canlarını almağa gəldiklərində, "Sizə salam olsun! Etdiklərinizin qarşılığı olaraq cənnətə girin!" deyərlər.