Yusuf - 12:101
"Rəbbim, Sən mənə hökmranlıq verdin və yuxuların yozumunu öyrətdin. Yeri və göyü ayıraraq yaradansan. Dünya və axirətdə Sənsən mənim Vəlim (Sahibim). Canımı müsəlman olaraq al və məni yaxşılara qat."
İlişkili:
Yusuf/12:35
Sonra (vali və adamları Yusufun günahsızlığına dair) dəlilləri görmələrinə rəğmən, onu müəyyən bir müddətə qədər həbsxanaya atmağı uyğun gördülər.
Yusuf/12:42
O iki nəfərdən, qurtulacağını proqnoz verdiyi kimsəyə, "Məni rəbbinin (ağanın) yanında xatırla," dedi. Ancaq Rəbbinin (ağasının) yanında (Yusufu) xatırlamağı şeytan ona unutdurunca (Yusuf) həbsdə bir neçə il əlavə qaldı.
Yusuf/12:43
Kral dedi ki: "Yuxumda yeddi kök inək görürəm, onları yeddi zəif inək yeyir; ayrıca yeddi yaşıl və yeddi quru sünbül... Ey seçkinlər, yuxuların yozumunu edə bilirsinizsə, bu yuxumu mənim üçün həll edin."
Yusuf/12:44
"Qarmaqarışıq yuxulardır bunlar. Biz belə yuxuların yozumunu bilmərik." dedilər.
Yusuf/12:45
O iki nəfərdən qurtulmuş olanı, neçə zaman sonra xatırladı və: "Məni (Yusufun yanına) göndərərsəniz, sizə onun yozumunu bildirəcəyəm," dedi.
Yusuf/12:46
(Zindana gedib:) "Yusuf, ey can yoldaşım, bizə yeddi arıq inək tərəfindən yeyilən yeddi kök inək, yeddi yaşıl və quru sünbül haqqında açıqlama ver ki, insanlara məlumat verim."
Yusuf/12:47
Dedi ki: "Yeddi il boyunca əkib-biçdiyinizi, yediyiniz az bir qismi istisna olmaqla, sünbüllərində buraxıb saxlayın."
Yusuf/12:48
"Sonra onun ardından yeddi quraqlıq (ili) gələcək və sizin saxladığınızın az bir bölümü xaric, o illər üçün öncədən yığıb saxladıqlarınızı yeyib bitirəcəkdir."
Yusuf/12:49
"Ondan sonra isə elə bir il gəlir ki, onda insanlar fərəhlənəcək və onda (meyvə) sıxıb, (heyvan) sağacaqlar."
Yusuf/12:50
Kral, "Onu mənim yanıma gətirin," dedi. Elçi onun yanına gəlincə (Yusuf,) "Rəbbinin (ağanın) yanına dön və barmaqlarını kəsən qadınların halını ondan soruş. Şübhəsiz mənim Rəbbim, onların intriqalarını bilir." dedi.
Yusuf/12:51
(Kral qadınlara:) "Yusufu başdan çıxarmaq istəyərkən vəziyyətiniz nə idi?" Qadınlar, "Allah qorusun; biz ondan bir pislik görmədik!" dedilər. Bundan sonra, valinin arvadı belə dedi: " Gerçək artıq ortaya çıxdı. Onu mən yoldan çıxartmağa çalışmışdım. O doğru danışır."
Yusuf/12:52
(Yusuf:) "Ümid edirəm ki, (ağam,) arxasından ona xəyanət etmədiyimi bilir. Çünki Allah xainlərin planını təsdiqləməz.
Yusuf/12:53
"Günahsız olduğumu iddia etmirəm. Şübhəsiz eqo, pisliyi arzulayır. Mən ancaq Rəbbimin mərhəmətini ümid edirəm; Rəbbim Bağışlayandır, Rəhmlidir."
Yusuf/12:54
Kral dedi ki: "Gətirin onu, yanımda çalışması üçün! Onu təyin edim." Onunla danışıb görüşüncə, "Sən artıq bu gün yanımızda önəmli bir məqamı olan etibarlı birisən," dedi.
Yusuf/12:55
Dedi ki: "Məni ölkənin maliyyə işlərinin başına gətir. Şübhəsiz mən yaxşı qoruyar, yaxşı bilirəm," dedi.
Yusuf/12:56
Beləcə, Yusufu o ölkədə yerləşdirdik. İstədiyi kimi hərəkət edə bilirdi. İstədiyimiz kimsəyə rəhmətimizi yağdırarıq. Gözəl davrananları mükafatsız buraxmarıq.