Yusuf - 12:21 Onu Misirdə satınalan kişi, arvadına, "Ona yaxşı bax. Ola bilər ki, bizə faydası toxunar, ya da onu övladlığa götürərik." dedi. Beləcə Yusufu yer üzündə yerləşdirib ona yuxuların yozumunu öyrədirdik. Allah işində üstün gələndir; fəqət insanların çoxu bunu bilməz.
Allah nəticələndirəndir:
Ənfal/8:42 O vaxt siz vadinin bəri yamacında, onlar da vadinin o biri yamacında mövqe almışdı. Karvan da sizdən daha aşağıda idi. Bu qarşılaşmanı siz qərarlaşdırsaydınız, qarşılaşma mövzusunda anlaşmazlığa düşəcəkdiniz. Halbuki Allah, edilməsi öncədən planlanmış bir işi gerçəkləşdirməkdə idi. Beləcə, məhv edilən, açıq-aşkar bir dəlillə məhv edilsin, yaşayan da açıq-aşkar bir dəlillə yaşadılsın. Allah Eşidəndir, Biləndir.

Yusuf/12:15 Onu götürdükləri və quyunun dibinə atmaq  üçün toplaşıb qərar verdikləri sırada biz ona: "(Üzülmə) onların bu etdiklərini, heç fərqində olmayacaqları bir anda onlara xəbər verəcəksən," deyə vəhy etdik.
Yusuf/12:100 Ana-atasını taxtın üzərinə qaldırdı. Hamısı onun üçün səcdəyə qapandılar. Dedi ki: “Atacan, Bu, öncədən gördüyüm yuxunun gerçəkləşməsidir. Rəbbim onu gerçəkləşdirdi. Şeytan, mənimlə qardaşlarımın arasını açdıqdan sonra O məni həbsxanadan çıxararaq və sizi çöldən gətirərək mənə yaxşılıq etdi. Gerçəkdən Rəbbim istədiyinə qarşı çox şəfqətlidir. O, Biləndir, Hikmət sahibidir."