Yusuf - 12:38 "Mən, atalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Allaha hər hansısa bir şeyi ortaq qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və insanlara olan lütfüdür. Ancaq insanların çoxu şükür etməz."
Yəqub (ə.s):
Hud/11:71 Ayaq üstə duran arvadı (bu xəbərə sevinib) gülüncə Biz də ona (İbrahimə) İshaqı və İshaqın ardından Yəqubu müjdələdik.

Yusuf/12:4 Yusuf, bir zaman atasına: "Atacan, on bir ulduzu, günəşi və ayı gördüm, onların mənə səcdə etdiklərini gördüm," dedi.
Yusuf/12:5 (Atası Yəqub) dedi: "Oğlum, yuxunu qardaşlarına anlatma, ola bilər ki, sənə qarşı bir plan qurarlar. Çünki şeytan, insana açıq-aşkar bir düşməndir."

Ənbiya/21:72 Ona (İbrahimə) mükafat olaraq İshaqı və Yəqubu verdik. Hamısını müttəqi etdik.

Ənkəbut/29:27 Ona (İbrahimə) İshaq və Yəqubu bağışladıq. Soyuna peyğəmbərlik və Kitab verdik. Mükafatını bu dünyada verdik və axirətdə də müttəqilərlə birlikdə olacaqdır.

Hud/11:69 Elçilərimiz İbrahimə müjdəni götürdüklərində "Salam!" (sülh olsun) dedilər. O da "Salam!" dedi və dərhal (onlara) qızardılmış bir buzov gətirdi.
Hud/11:70 Əllərinin ona uzanmadığını görüncə, bu hallarını bəyənmədi; içinə bir qorxu düşdü. "Qorxma," dedilər, "Biz Lutun xalqına göndərilmişik."

Bəqərə/2:140 İbrahimin, İsmailin, İshaqın, Yəqubun və nəvələrinin Yəhudi və ya Xristian olduğunumu iddia edirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın bildirdiyini gizləyəndən daha zalım kim ola bilər? Allah etdiklərinizdən qafil deyil."

Sad/38:45 Qullarımız İbrahim, İshaq və Yəqubu da xatırla. Məharətli və uzaqgörən idilər.