Yusuf - 12:49 "Ondan sonra isə elə bir il gəlir ki, onda insanlar fərəhlənəcək və onda (meyvə) sıxıb, (heyvan) sağacaqlar."
Allah, Yusuf peygambere rüyaların yorumunu öğretti:
Yusuf/12:4 Yusuf, bir zaman atasına: "Atacan, on bir ulduzu, günəşi və ayı gördüm, onların mənə səcdə etdiklərini gördüm," dedi.
Yusuf/12:5 (Atası Yəqub) dedi: "Oğlum, yuxunu qardaşlarına anlatma, ola bilər ki, sənə qarşı bir plan qurarlar. Çünki şeytan, insana açıq-aşkar bir düşməndir."
Yusuf/12:6 Beləcə, Rəbbin səni seçməkdə, sənə yuxuların yozumunu öyrətməkdə və daha öncəki ataların İbrahim və İshaqa nemətini tamamladığı kimi sənə və Yəqub ailəsinə də tamamlamaqdadır. Rəbbin Biləndir, Hikmət sahibidir."
Yusuf/12:21 Onu Misirdə satınalan kişi, arvadına, "Ona yaxşı bax. Ola bilər ki, bizə faydası toxunar, ya da onu övladlığa götürərik." dedi. Beləcə Yusufu yer üzündə yerləşdirib ona yuxuların yozumunu öyrədirdik. Allah işində üstün gələndir; fəqət insanların çoxu bunu bilməz.
Yusuf/12:36 Onunla birlikdə həbsxanaya iki gənc adam da girdi. Onlardan biri: "(Yuxumda) özümü şərab düzəldərkən gördüm," dedi. Digəri: "Mən də özümü başımın üzərində çörək daşıyarkən gördüm, onu quşlar yeyirdi. Bunların yozumunu bizə bildir. Səni yaxşılardan görürük."
Yusuf/12:37 O dedi: “Sizə ayrılan həbsxana yeməyi əlinizə keçmədən öncə sizə onun yozumunu bildirə bilərəm. Bunlar, Rəbbimin mənə öyrətdiyi şeylərdəndir. Mən, Allaha iman etmiyən bir camaatın dinini tərk etmişəm, onlar axirət mövzusunda da inkarçıdırlar."
Yusuf/12:41 "Həbsxana yoldaşlarım, biriniz rəbbinə (ağasına) şərab sunacaq, digəriniz isə çarmıxa çəkiləcək və quşlar onun başından yeyəcək. Soruşduğunuz iş həll edilmişdir."
Yusuf/12:42 O iki nəfərdən, qurtulacağını proqnoz verdiyi kimsəyə, "Məni rəbbinin (ağanın) yanında xatırla," dedi. Ancaq Rəbbinin (ağasının) yanında (Yusufu) xatırlamağı şeytan ona unutdurunca (Yusuf) həbsdə bir neçə il əlavə qaldı.
Yusuf/12:43 Kral dedi ki: "Yuxumda yeddi kök inək görürəm, onları yeddi zəif inək yeyir; ayrıca yeddi yaşıl və yeddi quru sünbül... Ey seçkinlər, yuxuların yozumunu edə bilirsinizsə, bu yuxumu mənim üçün həll edin."
Yusuf/12:44 "Qarmaqarışıq yuxulardır bunlar. Biz belə yuxuların yozumunu bilmərik." dedilər.
Yusuf/12:45 O iki nəfərdən qurtulmuş olanı, neçə zaman sonra xatırladı və: "Məni (Yusufun yanına) göndərərsəniz, sizə onun yozumunu bildirəcəyəm," dedi.
Yusuf/12:46 (Zindana gedib:) "Yusuf, ey can yoldaşım, bizə yeddi arıq inək tərəfindən yeyilən yeddi kök inək, yeddi yaşıl və quru sünbül haqqında açıqlama ver ki, insanlara məlumat verim."
Yusuf/12:47 Dedi ki: "Yeddi il boyunca əkib-biçdiyinizi, yediyiniz az bir qismi istisna olmaqla, sünbüllərində buraxıb saxlayın."
Yusuf/12:48 "Sonra onun ardından yeddi quraqlıq (ili) gələcək və sizin saxladığınızın az bir bölümü xaric, o illər üçün öncədən yığıb saxladıqlarınızı yeyib bitirəcəkdir."
Yusuf/12:49 "Ondan sonra isə elə bir il gəlir ki, onda insanlar fərəhlənəcək və onda (meyvə) sıxıb, (heyvan) sağacaqlar."
Yusuf/12:100 Ana-atasını taxtın üzərinə qaldırdı. Hamısı onun üçün səcdəyə qapandılar. Dedi ki: “Atacan, Bu, öncədən gördüyüm yuxunun gerçəkləşməsidir. Rəbbim onu gerçəkləşdirdi. Şeytan, mənimlə qardaşlarımın arasını açdıqdan sonra O məni həbsxanadan çıxararaq və sizi çöldən gətirərək mənə yaxşılıq etdi. Gerçəkdən Rəbbim istədiyinə qarşı çox şəfqətlidir. O, Biləndir, Hikmət sahibidir."
Yusuf/12:101 "Rəbbim, Sən mənə hökmranlıq verdin və yuxuların yozumunu öyrətdin. Yeri və göyü ayıraraq yaradansan. Dünya və axirətdə Sənsən mənim Vəlim (Sahibim). Canımı müsəlman olaraq al və məni yaxşılara qat."