Yusuf - 12:6 Beləcə, Rəbbin səni seçməkdə, sənə yuxuların yozumunu öyrətməkdə və daha öncəki ataların İbrahim və İshaqa nemətini tamamladığı kimi sənə və Yəqub ailəsinə də tamamlamaqdadır. Rəbbin Biləndir, Hikmət sahibidir."
Rəbbimizin iman edən qullarına tamamladığı neməti nədir?
Bəqərə/2:150 Hansı tərəfdən yola çıxarsan çıx, (namaz üçün) üzünü Müqəddəs Məscidə doğru çevirməlisən! Harada olursunuzsa olun, üzünüzü onun tərəfinə çevirin ki, insanların sizə qarşı (tənqid edəcək) bir dəlili olmasın. Zalımlara gəlincə, onlardan çəkinməyin, Məndən çəkinin ki, sizə olan nemətimi tamamlayım və siz də doğruya yetişə biləsiniz.

Fəth/48:2 (Ona görə) ki Allah, keçmiş və gələcək günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın və səni doğru yola yönəltsin.

Maidə/5:3 Leş, qan, donuz əti, Allahdan başqasına nəzir edilənlər sizə haram edildi. Canları çıxmadan kəsməyiniz istisna, boğulmuş, vurulmuş, (hündür yerdən) düşmüş, buynuzlanmış və öldürülmüş, canavar tərəfindən yeyilmiş heyvanlar, müqəddəsləşdirilmiş daşlar üzərində boğazlanaraq fal oxları ilə dağıdılanlar, bəli bunlar pisdir. Kafirlər bu gün dininizdən ümid kəsmişlər. Onlardan çəkinməyin; Məndən çəkinin. Bu gün sizə dininizi kamilləşdirdim, sizə nemətimi tamamladım və sizə din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən məcburiyyətdə qalarsa, günaha istəklə yönəlmədən yeyərsə, ona günah yoxdur. Çünki, Allah Bağışlayandır, Rəhmlidir.