Yusuf - 12:80 Ondan ümidlərini kəsincə, danışmaq üzrə bir kənara çəkildilər. Böyükləri: "Atanızın sizdən Allah adına bir söz aldığını və daha öncə Yusuf mövzusunda da həddi aşmış olduğunuzu bilmirsinizmi? Atam mənə izin verincəyə, yaxud Allah haqqımda hökm verincəyə qədər buradan ayrılmayacağam. O, ən yaxşı Hökm Edəndir," dedi,
İlişkili:
Yusuf/12:7 İstəyənlər üçün, Yusuf və qardaşlarında dərslər vardır:
Yusuf/12:8 (Qardaşları) demişdilər ki: "Atamız Yusuf və (öz) qardaşını bizdən daha çox sevir, biz isə çoxluq təşkil edirik. Atamız açıq-aydın yanlış bir mövqedədir."
Yusuf/12:9 "Yusufu öldürün, ya da onu uzaq bir yerə yollayın ki, atanızın diqqəti sizə cəmlənsin. Daha sonra da müttəqi bir topluluq olarsınız."
Yusuf/12:10 Onlardan biri belə dedi: "Yusufu öldürməyin, onu quyunun dibinə atın. Belə etsəniz, karvanlardan biri onu tapıb götürə bilər."
Yusuf/12:11 Dedilər ki: "Ey atamız, nə üçün Yusuf haqqında bizə güvənmirsən? Halbuki biz onun candan dostlarıyıq."
Yusuf/12:12 "Onu bizimlə birlikdə yolla ki, qaçıb oynasın. Şübhəsiz biz onu qoruyacağıq."
Yusuf/12:13 Dedi ki: "Onu götürüb aparmanız məni narahat edir. Qorxuram ki, xəbərsiz olduğunuz vaxt onu qurd yeyər."
Yusuf/12:14 Dedilər ki: "Biz böyük bir qrup olduğumuz halda onu qurd yeyərsə, o zaman gerçəkdən ziyana uğrayanlardan olarıq."
Yusuf/12:15 Onu götürdükləri və quyunun dibinə atmaq  üçün toplaşıb qərar verdikləri sırada biz ona: "(Üzülmə) onların bu etdiklərini, heç fərqində olmayacaqları bir anda onlara xəbər verəcəksən," deyə vəhy etdik.
Yusuf/12:16 Axşam vaxtı ağlayaraq atalarının yanına gəldilər.
Yusuf/12:17 Dedilər: "Ey atamız, getdik, yarışırdıq. Yusufu da əşyamızın yanında qoymuşduq. Nəhayət onu qurd yedi. Doğru danışsaq belə sən bizə inanmayacaqsan."
Yusuf/12:18 Köynəyinə yalandan qan bulaşdırmışdılar. Dedi ki: "Doğrusu, eqonuz sizi bir işə sürükləmişdir. Mənə düşən (bu acıya) gözəl şəkildə dayana bilməkdir. Sizin gizli planınıza qarşı ancaq Allahdan yardım istənər."