Yusuf - 12:83
"Xeyr, eqonuz sizi bir işə sürükləmiş. Mənə düşən artıq gözəl şəkildə səbr etməkdir. Ola bilər ki, Allah, onları mənim yanıma topluca gətirər. O, Biləndir, Hikmət sahibidir," dedi.
"Mənə düşən (bu acıya) gözəl şəkildə dayanmaqdır." Başlarına gələnə səbr edərlər:
Həcc/22:35
Onlar elə kimsələrdir ki, Allahdan bəhs edildiyində ürəkləri ürpərir. Başlarına gələnə səbr edərlər, namazı qoruyarlar və onlara verdiyimiz ruzidən yardım üçün xərcləyərlər.
Sad/38:41
Qulumuz Əyyubu xatırla: "Rəbbim, şeytan mənə taqətsizlik və ağrı-acı toxundurdu," deyə Rəbbinə səslənmişdi.
Yusuf/12:81
"Atanızın yanına dönün və bunları söyləyin: "Ey atamız, oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə şahidlik edirik. Gizli işlənən bir şeyin qarşısını ala bilməzdik."
Yusuf/12:82
"Olduğumuz topluluğa və bərabər gəldiyimiz karvandan soruş. Biz doğrunu deyirik."
Yusuf/12:83
"Xeyr, eqonuz sizi bir işə sürükləmiş. Mənə düşən artıq gözəl şəkildə səbr etməkdir. Ola bilər ki, Allah, onları mənim yanıma topluca gətirər. O, Biləndir, Hikmət sahibidir," dedi.
Yusuf/12:84
Onlardan üz çevirdi və: "Heyif, yazığ Yusufa!" dedi. Üzüntüdən gözlərinə ağ düşdü, ağrı-acısını içində saxladı.