Yusuf - 12:89
"Sizlər cahil olarkən, Yusuf və qardaşına nələr etdiyinizi bilirsinizmi?" dedi.
Əlaqəli:
Yusuf/12:15
Onu götürdükləri və quyunun dibinə atmaq üçün toplaşıb qərar verdikləri sırada biz ona: "(Üzülmə) onların bu etdiklərini, heç fərqində olmayacaqları bir anda onlara xəbər verəcəksən," deyə vəhy etdik.
Yusuf/12:88
(Yusufun) hüzuruna girincə, "Hörmətli Zati-aliləri, bizə və ailəmizə sıxıntı üz verdi; buna görə dəyərsiz bir əşya ilə gəldik. Amma sən bizə tam ölçü ver, bizə yardım et. Allah sədəqə verənləri mükafatlandırar," dedilər.
Yusuf/12:89
"Sizlər cahil olarkən, Yusuf və qardaşına nələr etdiyinizi bilirsinizmi?" dedi.
Yusuf/12:90
Dedilər ki, "Yoxsa sən, sən gerçəkdən Yusufsanmı?" Dedi ki, "Mən Yusufam, bu da qardaşımdır. Allah bizə yaxşılıq etmişdi. Kim müttəqi davranar və səbr edərsə, əlbəttə Allah, gözəl davrananları mükafatsız buraxmaz."
Yusuf/12:91
"Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz gerçəkdən xətalıydıq," dedilər.
Yusuf/12:92
Dedi ki: "Bu gün siz qınanılmayacaqsınız. Allah sizi əfv etsin. O, mərhəmətlilərin Ən Mərhəmətlisidir."