Rad - 13:11
(Onların hər biri üçün) önündən və ardından nöbələşərək izləyənlər vardır. Onu Allahın əmri ilə qoruyurlar. Bir topluluq özünü dəyişdirmədikcə Allah onların durumunu dəyişdirməz. Allah bir topluluq üçün fənalıq istədisə, heç bir güc onu durdura bilməz; onların Ondan başqa bir qoruyub müdafiə edənləri də olmaz.
Daha öncə məhv edilən nəsillər:
Həcc/22:42
Səni yalanlayarlarsa, onlardan öncə Nuh, Ad və Səmud xalqları da yalanlamışdılar.
Həcc/22:43
İbrahimin xalqı, Lutun xalqı da...
Həcc/22:44
Mədyən yerliləri də... Musa belə yalanlandı. Mən o kafirlərə möhlət verdim və sonra onları hesaba çəkdim; Məni tanımamaq da necə imiş...
Sad/38:12
Onlardan öncə Nuh xalqı, Ad və piramidalar sahibi Firon da yalanlamışdı.
Sad/38:13
Səmud, Lut xalqı və Əykəlilər də... Onlar partiyalardı (firqələrdi).
Sad/38:14
Hamısı da elçiləri yalanladılar və cəzama layiq oldular.
Qaf/50:12
Onlardan öncə Nuhun xalqı, Rəss əhalisi və Səmud (tayfası) da yalanlamışdı.
Qaf/50:13
Ad (qövmü), Fironun (xalqı), Lutun qardaşları...
Qaf/50:14
Əykə əhalisi və Tubba əhalisi də... Hamısı elçiləri yalanladılar. Bunun üzərinə təhdidim gerçəkləşdi.
Nəcm/53:50
Odur həlak edən keçmiş Ad xalqını,
Nəcm/53:51
Səmudu da (sağ) buraxmadı.
Nəcm/53:52
Və ondan öncə Nuhun xalqını da; onlar çox zalım və çox azğın kimsələr idi.
Nəcm/53:53
Yıxılıb batırılmış olanlar (Sodom və Qomorra), ən alçaqları idi.
Nəcm/53:54
Onları örtən örtdü.