Rad - 13:11 (Onların hər biri üçün) önündən və ardından nöbələşərək izləyənlər vardır. Onu Allahın əmri ilə qoruyurlar. Bir topluluq özünü dəyişdirmədikcə Allah onların durumunu dəyişdirməz. Allah bir topluluq üçün fənalıq istədisə, heç bir güc onu durdura bilməz; onların Ondan başqa bir qoruyub müdafiə edənləri də olmaz.
Allah bir cəmiyyət üçün hansı vaxt pis olma durumu istəyər?
İsra/17:16 Biz bir cəmiyyəti məhv etmək istədiyimiz zaman onun öncü varlılarının orada pislik etməsinə izin verərik. Beləcə o cəmiyyətə verilmiş söz gerçəkləşər və onu yerlə bir edərik.

Ənam/6:123 Hər ölkənin öndə gələn günahkarlarına, orada hiylə və intriqa etmələri üçün izin verdik. Əslində özlərindən başqasını aldatmırlar. Amma fərqində deyillər.

Əhqaf/46:35 Qərarlı və əzmkar elçilər necə səbr etdisə, sən də səbr et və onlar üçün tələsmə. Onlar, özlərinə söz veriləni gördüklərində, (sanki dünyada) gündüzün bir saatı qədər qalmışdırlar. Bu bir bildirişdir: Yoldan çıxmış topluluqlardan başqasımı məhv edilir?

Ənam/6:47 De: "Allahın əzabı sizə qəflətən və ya xəbərdarlıqdan sonra gəlsə... Zalım cəmiyyətdən başqası məhv edilərmi?"

Qasas/28:59 Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.