Rad - 13:22 Və onlar ki, müqavimət göstərərlər, sadəcə Rəblərinin razılığını qazanmaq üçün, namazı qoruyarlar, onlara verdiyimiz ruzilərdən gizli və aşkar yardım üçün xərcləyərlər və pisliyi yaxşılıq ilə dəf edərlər. Son dayanacağa onlar layiqdirlər.
İman edənlər pisliyə ya yaxşılıqla, ya da buna bənzər bir şeylə qarşılıq verirlər:
Maidə/5:45 Orada onlara: Cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş və yaralara ödəşməni əmr etdik. Kim bu haqqından imtina edərsə, günahlarını örtər. Allahın nazil etdiyi ilə hökm verməyənlər zalımdır.

Rad/13:22 Və onlar ki, müqavimət göstərərlər, sadəcə Rəblərinin razılığını qazanmaq üçün, namazı qoruyarlar, onlara verdiyimiz ruzilərdən gizli və aşkar yardım üçün xərcləyərlər və pisliyi yaxşılıq ilə dəf edərlər. Son dayanacağa onlar layiqdirlər.

Nəhl/16:126 Qarşılıq verəcəksinizsə, sizə verilən qarşılığın bir bənzəriylə qarşılıq verin. Səbr edərsinizsə, əlbəttə bu səbr edənlər üçün daha xeyirlidir.

Muminun/23:96 Pisliyə yaxşılıqla qarşılıq ver. Biz onların iddialarını yaxşı bilirik.

Nisa/4:149 Əgər bir yaxşılığı aşkara çıxarar və ya gizləyərsəniz yaxud bir pisliyi əfv edərsəniz, Allah Əfv Edəndir, Güclüdür.

Furqan/25:63 Rəhmanın qulları elə kimsələrdir ki, yer üzündə təvazökarlıqla gəzərlər. Cahillər onlara xoşagəlməz bir söz atınca da barış təklif edərlər.

Qasas/28:54 Onların mükafatları, səbr etmələrindən ötrü iki dəfə veriləcəkdir. Pisliyi yaxşılıqla dəf edərlər və onlara verdiyimiz nemətlərdən verərlər.

Fussilət/41:34 Yaxşılıq ilə pislik eyni olmaz. Sən ən yaxşı bir şəkildə qarşılıq ver. O zaman, aranızda düşmənçilik olan adam, bəlkə ən yaxşı dostun olar.
Fussilət/41:35 Bu vəziyyətə ancaq müqavimət göstərənlər çatdırılar. Bu vəziyyətə ancaq olduqca şanslı olanlar yetişdirilər.

Şura/42:40 Pisliyin cəzası, özü kimi bir pislikdir; Ancaq kim əfv edər və müttəqi davranarsa, Allah tərəfindən mükafatlandırılar. O, zalımları sevməz.
Şura/42:41 Haqsızlığa uğradıqdan sonra haqları üçün müqavimət göstərənlər qınanmazlar, cəzalandırılmazlar.
Şura/42:42 Ancaq, insanlara zülm edənlərə və yer üzündə haqsız yerə hücum edənlərə qarşı müqvimət göstərmək lazımdır. Onlara ağrılı-acılı bir əzab vardır.
Şura/42:43 Səbr edib bağışlamaq, sağlam bir xarakteri göstərir.