Rad - 13:27 İnkar edənlər: "Ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?" deyirlər. De ki: "Allah istəyəni azdırır və yönələni doğruya yetişdirir."
Muhəmməd peyğəmbərə verilən möcüzə nə idi?
Ənkəbut/29:50 "Ona Rəbbindən bir möcüzə enməli deyildimi?" dedilər. De ki, "Möcüzələr Allahın qatındadır. Mən sadəcə açıq-aşkar bir xəbərdarlıq edənəm."
Ənkəbut/29:51 Bu kitabı sənə nazil etməyimiz və onlara oxunması onlara yetərli deyilmi? Bunda iman edən bir camaat üçün bir rəhmət və öyüd vardır.