Rad - 13:37 Beləcə onu ərəbcə bir qanun olaraq nazil etdik. Sənə gələn bu bilgidən sonra onların arzusuna (istəyinə) uysan, Allaha qarşı nə bir dostun, nə də bir qoruyucun ola bilməz.
"Keflərinə (istəklərinə) tabe olsan Allaha qarşı qoruyucun olmaz": Məqsəd nədir?
Casiyə/45:18 Sonra sənə də din mövzusunda bir qanun verdik; sən ona tabe olmalısan. Bilməyənlərin istəyinə uyma.
Casiyə/45:19 Onlar, Allahdan (gələcək) heç bir şeyi səndən dəf edə bilməzlər. Zalımlar bir-birlərinin dostlarıdır. Allah da müttəqilərin Dostudur.

İsra/17:73 Başqa bir şeyi uydurub bizə isnad etməyin üçün az qala səni, sənə vəhy etdiyimizdən ayırıb azdıracaqdılar. Bax o zaman səni dost qəbul edəcəkdilər.
İsra/17:74 Səni sağlamlaşdırmasaydıq, az qala onlara bir az meyl edəcəkdin.
İsra/17:75 O zaman da həyatın və ölümün əzabını qatbaqat sənə daddırardıq. Sonra Bizə qarşı bir yardımçı da tapa bilməzdin.

Haqqə/69:44 O Bizə bəzi sözlər isnad edərsə,
Haqqə/69:47 Və sizdən kimsə də, buna əngəl ola bilməzdi.

Bəqərə/2:120 Dinlərinə daxil olmadıqca nə Yəhudilər, nə də Xristianlar səndən razı olmazlar. De ki: "Doğru yol Allahın yoludur." Sənə gələn bilgidən sonra onların arzularına uymuş olsan, Allaha qarşı səni müdafiə edə biləcək nə bir dost, nə də bir dəstəkləyici tapa bilməzsən.

Əraf/7:6 Özlərinə mesaj göndərilənləri də sorğu-suala çəkəcəyik, elçiləri də sorğu-suala çəkəcəyik.