Rad - 13:39
Allah istədiyini silər, istədiyini saxlayar. Ana Kitab Onun yanındadır.
"Allah istədiyini silər, istədiyini saxlayar.": Məqsəd nədir?
Bəqərə/2:106
Daha yaxşısını və ya bənzərini gətirmədikcə bir möcüzə və ya şəriətin (sistemin) keçərliliyini ortadan qaldırmarıq və ya unutdurmarıq. Allahın hər şeyə gücünün yetdiyini bilmirsiniz?
Nəhl/16:101
Biz bir dəlilin yerinə bir başqa dəlili gətirdiyimiz zaman -(ona görə) ki, Allah nəyi nazil etdiyini yaxşı bilir- "Sən, ancaq bir iftiraçısan!" deyərlər. Gerçəkdən çoxları bilmir.
Rad/13:38
Səndən öncə elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Allahın izni olmadan heç bir elçi bir möcüzə gətirə bilməz. Hər dövrün bir yazısı vardır.
Rad/13:39
Allah istədiyini silər, istədiyini saxlayar. Ana Kitab Onun yanındadır.
Ta ha/20:23
"Beləcə sənə ən böyük möcüzələrimizdən bəzilərini göstərək."
Zuxruf/43:48
Onlara bir-birindən böyük möcüzələr göstərdik və bəlkə dönərlər deyə başlarına müxtəlif fəlakətlər gətirdik.
Muddəssir/74:30
Üzərində on doqquz vardır.
Muddəssir/74:35
Bu böyüklərdən biridir.
Naziat/79:20
Ona böyük möcüzəni göstərdi.