Rad - 13:42
Onlardan öncəkilər də hiylələr qurdular; halbuki bütün hiylələr Allaha aiddir. Hər kəsin qazandığını bilir. Kafirlər də zəfərin kimə aid olduğunu biləcəklər.
"Öncəkilər elçilərinə qarşı planlar (hiylələr) qurdular.": Nümunə
Əraf/7:85
Mədyənə də qardaşları Şueybi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Ölçü və çəkini tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin. Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. İman edirsinizsə bunlar sizin üçün daha xeyirlidir."
Əraf/7:86
"Allahın yolunu əyri göstərmək və iman edənləri təhdid edib ondan çevirmək üçün hər yolun başında oturmayın. Say baxımından az olduğunuz halda sizi necə çoxaltdığını düşünün. Fəsad törədənlərin sonunun necə olduğuna bir baxın."
Əraf/7:87
"Madam ki, sizdən bir qismi mənimlə göndərilən mesaja iman etmiş, bir qismi də iman etməmişdir, elə isə Allah aramızda hökm verincəyə qədər səbr edin. O Hökm verənlərin ən yaxşısıdır."
Əraf/7:88
Xalqının təkəbbürlü öncüləri, "Şueyb, ya səni və səninlə bərabər iman edənləri şəhərimizdən sürgün edəcəyik, ya da dinimizə geri dönərsiniz!" dedilər. O da belə dedi: "Biz istəməsək də, eləmi?"
Əraf/7:89
"Allah bizi sizin dininizdən qurtardıqdan sonra ona dönərsək, Allaha yalan isnad etmiş olarıq. Rəbbimiz Allah istəmədikcə ona təkrar dönməyimiz mümkün olan şey deyil. Rəbbimiz hər şeyi bilgisi ilə əhatə etmişdir. Biz yalnız Allaha güvəndik. Bizimlə xalqımızın arasını haqq ilə aç ey Rəbbimiz. Sən açığa çıxaranların ən xeyirlisisən."
Əraf/7:90
Xalqının öndə gələn inkarçıları, "Şueybə tabe olarsanız ziyana uğrayanlardan olarsınız," dedilər.
Əraf/7:91
Bundan sonra onları bir sarsıntı yaxaladı və evlərində diz üstə düşüb qaldılar.
İbrahim/14:46
Onlar planlarını qurdular, halbuki planları Allahın kontrolundaydı. Planları dağları yerindən oynadacaq qədər olsa belə...
Ənbiya/21:69
"Ey atəş, İbrahimə qarşı sərin və güvənilir (təhlükəsiz) ol!" dedik.
Ənbiya/21:70
Beləcə onun üçün bir plan tətbiq etmək istədilər və Biz də onları müvəffəqiyyətsizliyə məhkum etdik.
Nəml/27:45
Səmuda qardaşları Salehi, "Allaha qulluq edin," desin deyə göndərdik. Bundan sonra, mübahisə edən (ixtilafa düşən) iki qrupa ayrıldılar.
Nəml/27:46
Dedi: "Ey xalqım, Nə üçün yaxşılığın yerinə pislik üçün tələsirsiniz? Mərhəmət olunmağınız üçün Allahdan bağışlanma diləməyinizə ehtiyac yoxdur?"
Nəml/27:47
Dedilər ki, "Sən və bərabərindəkilər bizə uğursuzluq gətirdiniz." Dedi ki, "Sizin uğursuzluğunuz Allahdan gəlməkdədir. Doğrusu siz sınağa çəkilən bir camaatsınız."
Nəml/27:48
Şəhərdə doqquz nəfərdən ibarət bir çətə var idi; bölgədə fəsad çıxarırlar və əsla yaxşı bir şey etmirdilər.
Nəml/27:49
Allaha and içərək bir-birlərinə, "Ona və ailəsinə bir gecə hücumu edək və sonra onun qəbiləsinə, onların ölümü haqqında heç bir şey bilmədiyimizi və doğru danışdığımızı söyləyək," dedilər.
Nəml/27:50
Beləcə bir plan qurdular, ancaq onlar fərqinə varmadan Biz də bir plan qurduq.
Nəml/27:51
Planlarının necə nəticələndiyinə bax; biz onları, xalqları ilə birlikdə yerləyeksan etdik.
Nəml/27:52
Zülm etmələri üzündən, bax (budur) çökmüş evləri... Bilən bir cammat üçün bunda bir dərs olmalıdır.
Ənkəbut/29:36
Mədyənə də qardaşları Şueybi... "Xalqım, Allaha qulluq edin, axirət gününü axtarın və yer üzündə fəsad törədərək qarışıqlıq çıxarmayın," demişdi.
Ənkəbut/29:37
Onu yalanladılar. Bundan sonra onları bir sarsıntı yaxaladı və evlərində diz üstə düşüb qaldılar.