Rad - 13:42 Onlardan öncəkilər də hiylələr qurdular; halbuki bütün hiylələr Allaha aiddir. Hər kəsin qazandığını bilir. Kafirlər də zəfərin kimə aid olduğunu biləcəklər.
Allah, elçisi ilə mücadilədə olan, onu təsirsiz hala gətirmək istəyən kitab əhlinin ikiüzlülərinə qarşı, elçisinin təhlükəsizliyinə təminat verir:
Əhzab/33:48 İnkar edənlərə və ikiüzlülərə tabe olma, əziyyətlərinə əhəmiyyət vermə və Allaha güvən; qoruyucu olaraq Allah yetər.

Nəml/27:70 Onlara üzülmə, planladıqları şeylərdən ötrü də canını sıxma.

Tur/52:48 Rəbbinin hökmü gerçəkləşincəyə qədər səbr et, sən gözlərimizin önündəsən və qalxdığın zaman Rəbbini tərifləyərək ucalt.

Maidə/5:67 Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, Onun elçiliyini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Allah inkar edənləri doğru yola yönəltməz.

Nisa/4:81 “Oldu, itaət edirik!” deyərlər. Ancaq Sənin yanından çıxdıqlarında onlardan bir qismi, söyləmiş olduqlarının əksinə (plan) qurur. Allah onların planlayıb qurduqları şeyləri qeyd edir. Onlara əhəmiyyət vermə; Allaha güvən. Dəstəkləyici olaraq Allah yetər.

Mucadilə/58:8 Gizli toplantılar qurmaqdan çəkindirildikləri halda, hələ də çəkindirildikləri işdə israr edənlər diqqətini çəkmədimi? Onlar günah işləmək, düşmənçilik etmək və elçiyə itaətsizlik etmək məqsədi ilə gizli hazırlıqlar görürlər. Sənin yanına gəldiklərində, Allahın səni salamlamadığı bir şəkildə salamlayırlar. Öz aralarında, "Söylədiklərimizdən ötrü Allah bizi cəzalandırmalı deyildimi?" deyərlər. Cəhənnəm onlara yetər. Orada yanarlar; nə pis bir məskəndir orası.

İsra/17:76 Səni ölkədən çıxarmaq üçün az qala səni zorla qovacaqlar. Belə olsaydı, səndən sonra onlar da çox qalmayacaqlar.

Ənfal/8:30 İnkar edənlər səni təsirsiz hala gətirmək və ya səni öldürmək, ya da səni yurdundan qovub çıxartmaq üçün planlar qururdular. Onlar plan qururlarsa, Allah da plan qurur. Allah plan quranların Ən Ustasıdır.

Mumtəhənə/60:1 Ey iman edənlər, Mənim düşmənimi və sizin düşməninizi dost tutmayın. Sizə gələn gerçəyi inkar etmiş və Rəbbiniz olan Allaha iman etdiyiniz üçün elçini və sizi (ölkənizdən) çıxarmış olduqları halda, siz onlara sevgi göstərirsiniz. Razılığımı qazanmaq üçün yolumda bir cihada çıxdınızsa, onları necə gizlicə sevə bilərsiniz? Halbuki Mən, gizlədiyinizi də, aşkara çıxardığınızı da çox yaxşı bilirəm. Sizdən kim belə davranarsa, doğru yoldan sapmış olar.

Furqan/25:58 Ölümsüz və Diri Olana güvən; Onu tərifləyərək ucalt. Qullarının günahlarını, Onun bilməsi kifayətdir.

Muhəmməd/47:13 Səni qovub çıxardan ölkəndən daha güclü neçə-neçə ölkələr var idi ki, onları məhv etdik, onlara yardım edən olmadı.

Munafiqun/63:7 Onlar, "Allahın Elçisinin yanında olanlara yardım etməyin ki, dağılıb getsinlər," deyənlərdir. Halbuki göylərin və yerin xəzinələri Allaha aiddir; amma ikiüzlülər qavraya bilməzlər.
Munafiqun/63:8 "Şəhərə dönsək, üstün olanlar alçaqları çıxardacaqdır," deyirlər. Halbuki üstünlük Allaha, elçisinə və iman edənlərə aiddir. Lakin ikiüzlülər bilməzlər.

Maidə/5:42 Yalana qulaq asır, qeyri-qanuni yoldan yeyirlər. Sənin yanına gələrlərsə, istəyirsən aralarında hökm ver, istəyirsən üz çevir. Onlardan üz çevirdiyin təqdirdə sənə heç bir zərər verə bilməzlər. Hökm verməli olsan, aralarında ədalətlə hökm ver. Allah ədalətli olanları sevər.

Rad/13:42 Onlardan öncəkilər də hiylələr qurdular; halbuki bütün hiylələr Allaha aiddir. Hər kəsin qazandığını bilir. Kafirlər də zəfərin kimə aid olduğunu biləcəklər.

Təhrim/66:4 İkiniz Allaha tövbə etsəniz, qəlbiniz yönəlmiş olar. Ona (elçiyə) qarşı olaraq bir-birinizi dəstəkləsəniz, onun mövlası (qoruyucusu/sahibi) Allahdır; Cəbrail, iman edən müttəqilər və mələklər də onu dəstəkləyir.