Rad - 13:8
Allah hər dişinin yükləndiyini, rəhimlərin əskiltdiyini və artırdığını bilir. Onun yanında hər şey müəyyən bir ölçüyə görədir.
Rəhimlərdə (bətnlərdə) nə varsa bilir:
Ali İmran/3:6
Bətnlərdə sizə istədiyi şəkildə surət verən Odur. Ondan başqa tanrı yoxdur, Üstündür, Hikmət Sahibidir.
Ali İmran/3:36
Onu doğunca: “Rəbbim, onu qız doğdum”, dedi. Allah onun nə doğacağını bilirdi. “Oğlan qız kimi deyil. Ona Məryəm adını verdim, onu və soyunu, qovulmuş şeytandan qorumağın üçün Sənə yalvarıram”.
Həcc/22:5
Ey insanlar, dirilmə mövzusunda şübhə edirsinizsə, (xatırlayın ki,) sizi torpaqdan, sonra bir damcıdan, sonra asılı olan bir maddədən (embriondan), sonra şəklə salınmış və salınmamış bir döldən yaratdıq. Beləcə sizə bildiririk. Nəyi istəmişiksə müəyyən bir müddətə qədər onu rəhimlərdə tutub saxlayarıq. Sonra sizi bir uşaq olaraq çıxararıq və ardından böyüyüb yetkinlik çağına yetişirsiniz. Kiminizin həyatına son verilər, kiminizin də (ömrü) ən pis yaşa qədər çatdırılar. Beləcə bir bilgiyə sahib olduqdan sonra bir şey bilməz olsun. Torpağı quru və ölü görərsən, ancaq üzərinə su yağdırdığımız zaman titrəyib qabarar və bitirər cürbəcür gözəl bitkilər.
Loğman/31:34
Saatın (dünyanın son saatının) bilgisi Allahın yanındadır. Yağmuru o yağdırır və rəhimlərdə nə varsa bilir. Heç kimsə özünə sabah nə olacağını bilməz, yenə heç kimsə harada öləcəyini bilməz. Allah Biləndir, Xəbərdardır.