İbrahim - 14:13 İnkar edənlər elçilərinə, "Ya bizim dinimizə geri dönərsiniz, ya da sizi yurdumuzdan qovarıq!" dedilər. Rəbləri onlara, "Zalımları məhv edəcəyik," deyə vəhy etdi,
"Ya bizim dinimizə dönərsiniz ya da sizi yurdumuzdan qovarıq.": əlaqəli
Əraf/7:85 Mədyənə də qardaşları Şueybi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Ölçü və çəkini tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin. Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. İman edirsinizsə bunlar sizin üçün daha xeyirlidir."
Əraf/7:86 "Allahın yolunu əyri göstərmək və iman edənləri təhdid edib ondan çevirmək üçün hər yolun başında oturmayın. Say baxımından az olduğunuz halda sizi necə çoxaltdığını düşünün. Fəsad törədənlərin sonunun necə olduğuna bir baxın."
Əraf/7:87 "Madam ki, sizdən bir qismi mənimlə göndərilən mesaja iman etmiş, bir qismi də iman etməmişdir, elə isə Allah aramızda hökm verincəyə qədər səbr edin. O Hökm verənlərin ən yaxşısıdır."
Əraf/7:88 Xalqının təkəbbürlü öncüləri, "Şueyb, ya səni və səninlə bərabər iman edənləri şəhərimizdən sürgün edəcəyik, ya da dinimizə geri dönərsiniz!" dedilər. O da belə dedi: "Biz istəməsək də, eləmi?"
Əraf/7:89 "Allah bizi sizin dininizdən qurtardıqdan sonra ona dönərsək, Allaha yalan isnad etmiş olarıq. Rəbbimiz Allah istəmədikcə ona təkrar dönməyimiz mümkün olan şey deyil. Rəbbimiz hər şeyi bilgisi ilə əhatə etmişdir. Biz yalnız Allaha güvəndik. Bizimlə xalqımızın arasını haqq ilə aç ey Rəbbimiz. Sən açığa çıxaranların ən xeyirlisisən."

Kəhf/18:19 Beləcə onları oyatdıq ki, bir-birlərindən soruşsunlar. Onlardan biri: "Nə qədər qaldınız?" deyə soruşdu. "Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq," dedilər. "Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. Birinizi bu pul ilə şəhərə göndərək ki, ən təmiz və ləziz yeməkləri seçib sizə bir azuqə gətirsin. Diqqətli davranaraq kimsənin diqqətini üstünə çəkməsin," deyə əlavə etdilər.
Kəhf/18:20 "Onlar sizi fərq edərlərsə, sizi daşqalaq edərlər və ya sizi öz dinlərinə döndərərlər ki, bu vəziyyətdə də, əsla uğur qazana bilməzsiniz."