İbrahim - 14:21 Hamısı Allahın hüzurunda durduqlarında. Zəiflər, özlərini böyük (seçkin) tutmuş olanlara: "Biz sizin davamçılarınız idik. Bizi Allahın əzabının bir hissəsindən qurtara bilərsinizmi?" dedilər. Onlar da: "Allah bizə bir yol göstərsəydi, biz də sizə göstərərdik. Artıq ağlayıb-sızlasaq da, dayanıb-dursaq da bizim üçün eynidir, qaçıb qurtulacaq bir yerimiz yoxdur."
Rəbbimizin haqqımızdakı sözü gerçəkləşdi, artıq dadacağıq:
Kəhf/18:53 Günahkarlar atəşi gördülər və içinə düşəcəklərini anladılar; ondan qaçacaq bir yer də tapa bilmədilər.

Ğafir/40:33 "O gün arxanızı çevirib qaçacaqsınız; ancaq sizi Allahdan qoruyacaq olan yoxdur. Allahın yoldan çıxartdığına yol göstərən tapılmaz."

Fussilət/41:48 Daha öncə yardım üçün çağırdıqları (dinə ortaq qoşduqları kəslər) onlardan uzaqlaşmışdır. Artıq qaçacaq bir yerləri olmadığını anlayarlar.

Şura/42:47 Allah qatında, geri çevrilməsi mümkün olmayan gün gəlməmişdən öncə Rəbbinizə cavab verin. O gün sizin üçün nə bir sığınacaq, nə də bir qoruyucu vardır.

Qiyamə/75:10 O gün insan oğlu, "Qaçacaq yer haradadır?" deyər.

İbrahim/14:21 Hamısı Allahın hüzurunda durduqlarında. Zəiflər, özlərini böyük (seçkin) tutmuş olanlara: "Biz sizin davamçılarınız idik. Bizi Allahın əzabının bir hissəsindən qurtara bilərsinizmi?" dedilər. Onlar da: "Allah bizə bir yol göstərsəydi, biz də sizə göstərərdik. Artıq ağlayıb-sızlasaq da, dayanıb-dursaq da bizim üçün eynidir, qaçıb qurtulacaq bir yerimiz yoxdur."

Saffat/37:31 "Rəbbimizin haqqımızdakı sözü gerçəkləşdi, artıq dadacağıq."