İbrahim - 14:23 İman edən və müttəqi davrananlar, içindən çaylar axan cənnətlərə daxil edilmişlərdir. Rəblərinin izni ilə orada daimi qalarlar. Oradakı həyat təmənniləri, "Salamdır."
İman edənlər cənnətdə həmişə gözəl sözlər eşidərlər:
Vaqiə/56:25 Orada nə bir yersiz-tutarsız söz, nə də günaha salan bir söz eşitməzlər.

Nəbə/78:35 Orada nə boş bir söz, nə də bir yalan eşidməzlər.

Saffat/37:45 Onlara bulaqlardan doldurulmuş qədəhlər verilər.
Saffat/37:47 Onda nə baş ağrısı, nə də sərxoşluq vardır.

Tur/52:23 Orada bir-birlərindən qədəh toqquşdurarlar, onda nə bir saçmalama, nə də bir günaha girmə vardır.


Hicr/15:47 Sinələrindəki qısqanclığı qaldırarıq; qardaş olaraq qarşı-qarşıya yerləşdirilmiş taxtlar üzərindədirlər.

Əraf/7:43 Kökslərindən kin və qısqanclıq duyğularını çıxardıq. Altlarından çaylar axarkən: "Bizi buna yetişdirən Allaha təriflər olsun. Allah bizi doğruya yönəltməsəydi biz doğrunu tapa bilməzdik. Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər," dedilər. Onlara: "Bax bu Cənmət sizindir. Etdiklərinizə qarşılıq olaraq onu miras aldınız," deyə səsləndik.

Furqan/25:24 O gün Cənnət əhlinin qalacağı yer daha yaxşı olub, daha gözəl xəbərlər eşidəcəklər.

Məryəm/19:61 Rəhmanın qulları üçün söz verdiyi, hislərdən kənar Ədn cənnətlərinə... Onun sözü, şübhəsiz yerinə yetəcəkdir.
Məryəm/19:62 Orada boş söz eşitməzlər; sadəcə sülh... Ruzilərini də səhər-axşam alarlar.

İbrahim/14:23 İman edən və müttəqi davrananlar, içindən çaylar axan cənnətlərə daxil edilmişlərdir. Rəblərinin izni ilə orada daimi qalarlar. Oradakı həyat təmənniləri, "Salamdır."