İbrahim - 14:25 Rəbbinin izni ilə hər mövsüm meyvələrini verir. Öyüd almaları üçün Allah insanlara bu cür örnəklər verir.
14: 24, 25 ilə əlaqəli:
Bəqərə/2:263 Gözəl bir söz və xoş rəftar, ardından qürur qırıcı davranışlar gətirən bir yardımdan daha xeyirlidir. Allah Zəngindir, Şəfqətlidir.

Fatir/35:10 Şərəf-şan arzulayanlar, bilsin ki, bütün şərəf-şan Allaha aiddir. Gözəl söz Ona çıxar, yaxşı iş də onu yüksəldir. Pislik planlayanlar üçün çətin (şiddətli) bir əzab vardır və onların planı müvəffəqiyyətsizliklə nəticələnəcəkdir.