İbrahim - 14:31
İman edən qullarıma söylə, alış-verişin və dostluğun olmadığı gün gəlmədən öncə namazı qorusunlar, özlərinə verdiyimiz ruzilərdən gizli və açıq yardım üçün versinlər.
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82
İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.
Loğman/31:13
Loğman oğluna öyüd verərkən bunu demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."
Zumər/39:65
Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.