İbrahim - 14:35 Bir zaman İbrahim demişdi ki: "Rəbbim! Bu şəhəri güvənli et, məni və övladlarımı bütlərə qulluq/xidmət etməkdən qoru."
Təhlükəsiz şəhər:
Ali İmran/3:96 İnsanlar üçün qurulan ilk ev, bütün insanlara bir hidayət qaynağı olan Bəkkədəki mübarək evdir.
Ali İmran/3:97 Orada açıq-aşkar işarətlər var: İbrahimin (bütpərəstliyə qarşı) durma yeridir. Oraya daxil olan güvənlik içində olmalıdır. İnsanlardan yolçuluğa (səfər etməyə) imkanı olanlar o Evi (Kəbəni) Allah üçün həcc etməklə məsuldur. Kim inkar edərsə bilsin ki, Allah kimsəyə möhtac deyildir.

Bəqərə/2:125 Kəbəni insanlar üçün bir diqqət mərkəzi və bir güvənlik yeri etdik. İbrahimin məqamını bir namaz yeri olaraq istifadə edin! “Ziyarətçilər, özünü ibadətə verənlər və əyilib səcdə edənlər üçün ikiniz evimi təmiz saxlayın", deyə İbrahim və İsmaili görəvləndirmişdik.

Maidə/5:97 Allah, müqəddəs ev Kəbəni, müqəddəs ayları, nəzirləri və onları işarələyən çələngləri (nişanları), insanlar üçün güvənlik ünsürü etdi. Biləsiniz ki, Allah göylərdə və yerdə olanları bilir. Allah hər  şeyi Bilir.

Ənkəbut/29:67 Çevrələrindəki insanlar qamarlanıb götürülərkən, mübarək bölgəni güvənli etdik. Batilə iman edib, Allahın nemətinimi rədd edirlər?


Bəqərə/2:217 Səndən müqəddəs (haram) ayda savaşmaq barəsində soruşurlar. De ki: “Bu ayda savaşmaq böyük bir günahdır. Fəqət Allahın yolundan çevirmək, Ona (Allaha) və Müqəddəs Məscidə nankorluq etmək və insanları oradan çıxarmaq Allah yanında daha böyük bir günahdır. Çünki təzyiq və zülm, öldürməkdən daha böyük bir suçdur”. İmkanları olsa, sizi dininizdən döndərənə qədər sizinlə savaşarlar. Sizdən kim dinindən dönərsə və inkarçı olaraq ölərsə, bütün etdikləri dünyada və axirətdə boşa çıxar. Onlar atəş xalqıdır və orada sürəkli qalacaqlar.

Tovbə/9:36 Göyləri və yeri yaratdığı gün Allahın kitabında ayların sayı, Allaha görə on ikidir. Bunlardan dördü isə müqəddəsdir. Bax qüsursuz din budur; o aylarda (savaşaraq) özünüzə zülm etməyin. Amma bütpərəstlər sizinlə cəm halda savaşarlarsa, siz də onlarla cəm halda savaşın. Biləsiniz ki, Allah müttəqi davrananların yanındadır.

Bəqərə/2:194 Müqəddəs (haram) ay ancaq iki tərəfli qoruna bilər. Atəşkəsə riayət etmək qarşılıqlıdır. Sizə hücum edərlərsə onlara eyni şəkildə hücum edin. Allahı dinləyin və bilin ki, Allah müttəqilərin yanındadır.