İbrahim - 14:39 "Qocalıq vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha təriflər olsun. Rəbbim, dualarımı eşidir."
Nə üçün İbrahimə qoca vaxtında İsmail və İshaq verildi?
Məryəm/19:41 Kitabda İbrahimi xatırla; peyğəmbər olan bir doğruçu idi.
Məryəm/19:42 Atasına, "Atacan, eşitməyən, görməyən və sənə bir faydası olmayan şeylərə niyə qulluq/xidmət edirsən?" demişdi.
Məryəm/19:43 "Atacan, mənə, sənə gəlməyən bir bilgi gəldi. Məni izlə ki, səni düzgün yola yetişdirim."
Məryəm/19:44 "Atacan, şeytana qulluq/xidmət etmə. Şeytan, Rəhmana qarşı çıxmışdır."
Məryəm/19:45 "Atacan, Rəhman tərəfindən bir cəzaya məruz qalmağından və şeytana dost olmağından qorxuram."
Məryəm/19:46 (Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.
Məryəm/19:47 (İbrahim) dedi: "Sənə salam (sülh) olsun! Sənin bağışlanmağın üçün Rəbbimə yalvaracağam; O, mənə qarşı çox mərhəmətlidir."
Məryəm/19:48 "Sizdən və Allahdan başqa yalvardıqlarınızdan ayrılıram. Mən Rəbbimə yalvarıram. Ümid edirəm ki, Rəbbimə yalvarmaqla bəxtsiz (bədbəxt) olmaram."
Məryəm/19:49 Onları və Allahdan başqa qulluq/xidmət etdiklərini tərk edincə ona (İbrahimə) İshaqı və Yəqubu verdik. Hamısını peyğəmbər etdik.

Ənbiya/21:69 "Ey atəş, İbrahimə qarşı sərin və güvənilir (təhlükəsiz) ol!" dedik.
Ənbiya/21:70 Beləcə onun üçün bir plan tətbiq etmək istədilər və Biz də onları müvəffəqiyyətsizliyə məhkum etdik.
Ənbiya/21:71 Onu və Lutu, bütün insanlar üçün mübarək etdiyimiz torpaqlara yetişdirib qurtardıq.
Ənbiya/21:72 Ona (İbrahimə) mükafat olaraq İshaqı və Yəqubu verdik. Hamısını müttəqi etdik.