İbrahim - 14:41 "Rəbbimiz! Hesabın görüləcəyi gün, məni, anamı, atamı və iman edənləri bağışla."
İbrahim peyğəmbərin atası bağışlanmadı:
Tovbə/9:113 Əqrəba olsalar belə, nə peyğəmbər, nə də iman edənlər, cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra ortaq qoşanlar üçün bağışlanma diləyə bilməz.
Tovbə/9:114 İbrahimin atası üçün bağışlanma diləməsinin bircə səbəbi ona öncədən söz vermiş olması idi. Nə zaman ki, onun Allah düşməni olduğu ona (İbrahimə) bəlli olunca ondan uzaqlaşdı. İbrahim çox duyğulu və çox şəfqətli idi.

Mumtəhənə/60:4 Sizin üçün İbrahim və onunla bərabər olanlarda gözəl bir örnək vardır. Onunla bərabər olanlar, öz xalqına, "Biz sizdən və sizin Allahdan başqa qulluq/xidmət etdiklərinizdən uzağıq. Sizi tanımırıq. YALNIZ Allaha iman edincəyə qədər bizimlə sizin aranızda əbədi olaraq düşmənçilik və nifrət zahir olmuşdur. Halbuki, İbrahimin atasına, "Sənin bağışlanmağın üçün dua edəcəyəm, fəqət Allahdan gələcək heç bir şeyə qarşı səni qoruya bilmərəm." şəklindəki sözü (bir xəta olaraq) bunun xaricində idi. "Rəbbimiz, Sənə güvəndik, Sənə yönəldik və axırda Sənə dönəcəyik."