İbrahim - 14:45
Hətta, sizdən öncə özlərinə zülm edənlərin evlərinə yerləşmişdiniz və onlara etdiklərimiz də sizə bəlli olmuşdu. Üstəlik, sizə örnəklər də vermişdik.
“Hətta, sizdən öncə özlərinə zülm edənlərin məskənlərində məskunlaşmışdınız.”: Əlaqəli
Əraf/7:100
Öncəki nəsillərin yerinə yer üzünə varis olanlara bəlli olmadımı ki, əgər istəsək onları da günahlarıyla cəzalandıraraq qəlblərini möhürləyərik sonra da, eşidə bilməzlər.
Yunus/10:13
Sizdən öncəki neçə-neçə nəsilləri, zülm etdikləri zaman məhv etmişik. Elçiləri onlara açıq-aydın dəlillərlə getmişdilər, ancaq onlar iman etməyi rədd etmişdilər. Günahkar cəmiyyətləri belə cəzalandırırıq.
Yunus/10:14
Sonra, nə edəcəyinizi görmək üçün onların yerinə sizi yer üzünə varis etdik.
Saffat/37:133
Lut da elçilərdən biri idi.
Saffat/37:134
Onu və ailəsini toplu şəkildə qurtardıq.
Saffat/37:135
Ancaq geridə qalan yaşlı qadın xaric.
Saffat/37:136
Sonra digərlərini məhv etdik.
Saffat/37:137
Siz dağıntılarının yanından keçirsiniz; səhər vaxtı,
Saffat/37:138
Və gecə vaxtı. Ağlınızı işlətmirsiniz?
Hicr/15:73
Dan yeri ağararkən onları fəlakətli bir gurultu yaxaladı.
Hicr/15:74
Onun altını üstünə çevirdik. Üzərlərinə palçıqdan olan sərt daşlar yağdırdıq.
Hicr/15:75
Bunda, incələyib araşdıranlar üçün dərslər vardır.
Hicr/15:76
Və o (xaraba şəhər), yol üzərində durmaqdadır.
Əraf/7:129
"Sən bizə gəlmədən öncə də, bizə gəldikdən sonra da əziyyətə məruz qaldıq," dedilər. (Musa da) "Ola bilər ki, Rəbbiniz düşməninizi məhv edərək onların yerinə sizləri yer üzünə yerləşdirsin və sonra necə davranacağınıza baxsın," dedi.
Qasas/28:5
Yer üzündə gücsüzləşdirilib əzilənlərə lütf edərək istədik ki, onları öndərlər və varislər edək.
Qasas/28:6
Və onları yer üzünə yerləşdirək, Firon, Haman və ordularına, qorxduqları şeyi göstərək.
Əraf/7:74
"Ad xalqından sonra sizi varislər etdiyini xatırlayın. Sizi yer üzünə yerləşdirdi. Düzənliklərində köşklər qurub, dağlarında evlər yontursunuz. Allahın nemətlərini xatırlayın və yer üzündə fəsad törədərək qarışıqlıq çıxarmayın."
İbrahim/14:13
İnkar edənlər elçilərinə, "Ya bizim dinimizə geri dönərsiniz, ya da sizi yurdumuzdan qovarıq!" dedilər. Rəbləri onlara, "Zalımları məhv edəcəyik," deyə vəhy etdi,
İbrahim/14:14
"Onlardan sonra o yurda sizi yerləşdirəcəyik. Bu, qayda-qanunlarıma hörmət göstərən və təhdidlərimdən qorxanlar üçündür."
Ta ha/20:128
Öncəki nəsillərin yaşayış yerlərində dolaşanlar, onları məhv etməyimizdən dərs almırlarmı? Bunda ağıl sahibləri üçün işarətlər və dəlillər vardır.
Əhqaf/46:26
Sizi məskunlaşdırmadığımız yerlərə məskunlaşdırmışdıq onları. Onlara eşitmə və görmə hissləri ilə beyinlər vermişdik. Allahın ayə və möcüzələrini bilə-bilə inkar etdikləri üçün nə eşitmə, nə görmə hissləri və nə də beyinləri onlara heç bir fayda vermədi. İstehza etdikləri şeylər onları hər tərəfdən bürüdü.
Əhqaf/46:25
Rəbbinin əmri ilə hər şeyi yerlə bir edər. Səhər oyandıqlarında, evlərindən başqa hər şey görünməz hala düşmüşdü. Günahkar topluluğu bax belə cəzalandırırıq.