İbrahim - 14:49 O gün günahkarları, zəncirlərə vurulmuş olaraq görərsən.
O gün günahkarların görünüşü necədir?
Yunus/10:27 Pislik və günah qazananlara isə pisliyinin eynisi ilə qarşılıq verilər. Üzlərini bir alçalma hissi bürüyər. Allahdan başqa bir qoruyucuları yoxdur. Üzləri sanki qaranlıq gecədən bir parçayla bürünmüşdür. Onlar atəş əhlidir; onlar orada əbədi qalacaqlar.

Əbəsə/80:42 Bax onlar inkar edənlərdir, yoldan çıxanlardır.

Ali İmran/3:106 O gün bəzi üzlər ağarar, bəzi üzlər isə qaralar. Üzləri qaralan kəslərə: “İman etdikdən sonra inkarmı etdiniz? İnkarınıza görə əzabı dadın."

İbrahim/14:50 Geyimləri qatrandandır və üzlərini atəş bürüyər.

Yunus/10:26 Gözəl davrananlara daha artığı vardır. Üzlərini nə bir məhrumiyyət, nə də bir alçalma hissi bürüyər. Onlar cənnət əhlidir. Orada əbədi qalacaqlar.


Rahmən/55:41 Günahkarlar üzlərindən tanınar və zorla götürülərlər.

Əraf/7:46 Aralarını bir pərdə bölər. Orta yerdə də bəzi kimsələr var ki, hər kəsi görünüşlərindən tanıyırlar. Cənnət əhlinə, "Salam sizə," deyə səslənərlər. Bunlar oraya (cənnətə), canları istədikləri halda girə bilmədilər.