İbrahim - 14:6 Bir vaxt, Musa xalqına: "Allahın üzərinizdəki nemətini xatırlayın. Sizə işgəncənin ən pisini tətbiq edən, oğullarınızı kəsib, qadınlarınızı sağ buraxan Fironun adamlarından sizi O qurtardı. Bu, Rəbbinizdən sizin üçün böyük bir sınaq idi," demişdi.
Musa peyğəmbər hansı xalqa göndərildi?
Səcdə/32:23 Musaya Kitabı verdik; Bu mövzuda heç bir şübhən olmasın. Onu İsrail oğulları üçün bir rəhbər etdik.

Ta ha/20:47 "Onun yanına gedin və deyin ki 'Biz ikimiz Rəbbinin elçiləriyik. İsrail oğullarına etdiyin işgəncəyə son ver və onları bizimlə göndər. Biz sənin yanına Rəbbindən bir ayə ilə gəldik. Doğru yolu izləyənlərə salam (sülh) olsun."

İsra/17:101 Musaya açıq-aşkar doqquz möcüzə verdik. İstəyirsən İsrail oğullarından soruş. Onların yanına getdiyində, Firon ona, "Musa, sənin ovsunlanmış olduğunu sanıram," demişdi.