Hicr - 15:21 Heç bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın, ancaq Biz onu müəyyən edilmiş bir ölçü ilə endiririk.
Göylərdə və yerdə nə varsa hamısını (Allah Öz) qatından vermişdir:
Casiyə/45:13 Göylərdə və yerdə nə varsa hamısını öz qatından əmrinizə vermişdir. Düşünən bir topluluq üçün əlbəttə bunda ibrətlər vardır.

Hicr/15:21 Heç bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın, ancaq Biz onu müəyyən edilmiş bir ölçü ilə endiririk.

Ali İmran/3:37 Rəbbi, nəzirini gözəl bir şəkildə qəbul etdi və onu Zəkəriyyanın himayəsində gözəl bir çiçək kimi yetişdirdi. Zəkəriyya, məbəddə onun yanına hər daxil olduqda yanında yeyiləcək şeylər görərdi. (Zəkəriyya:) “Məryəm, bunlar sənə haradan gəlir?” deyə soruşduğunda, (Məryəm:) “Bu, Allah qatındandır. Allah istədiyi kimsəyə hesabsız ruzi verər”, deyərdi.

Qasas/28:57 Dedilər ki, "Sənin hidayətinə tabe olsaq yurdumuzdan edilərik." Onları, qatımızdan hər növ məhsulun ruzi olaraq toplanıb götürüldüyü güvənli və mübarək bir bölgəyə yerləşdirmədikmi? Halbuki çoxları bilməz.

Şura/42:27 Allah qullarına bolluca ruzi versəydi, yer üzündə azacaqdılar. Həqiqətən, istədiyi ölçüdə göndərir. O, qullarından Xəbərdardır, Görəndir.

Munafiqun/63:7 Onlar, "Allahın Elçisinin yanında olanlara yardım etməyin ki, dağılıb getsinlər," deyənlərdir. Halbuki göylərin və yerin xəzinələri Allaha aiddir; amma ikiüzlülər qavraya bilməzlər.