Hicr - 15:24
İrəliləyənlərinizi də bilirik, geridə qalanları da bilirik.
İrəli gedənləri də, geri qalanları da bilirik. (Məqsəd nədir?)
Ənfal/8:4
Belələri gerçək iman edənlərdir. Onlar üçün Rəbləri yanında dərəcələr, bağışlanma və tükənməz ruzi vardır.
Hicr/15:59
"Ancaq Lutun ailəsi xaric. (Ailəsinin) hamısını qurtaracağıq."
Hicr/15:60
"Yalnız arvadından başqa; onun geridə qalanlardan olmasını qərarlaşdırdıq," dedilər.
Vaqiə/56:7
Sizlər də üç bölümə ayrılarsınız.
Vaqiə/56:8
Xoşbəxtlər nə qədər də xoşbəxtdirlər!
Vaqiə/56:9
Bədbəxtlər nə qədər də bədbəxtdirlər!
Vaqiə/56:10
Bir də irəli keçən öncü elitalar (seçilmişlər) vardır.
Vaqiə/56:11
Onlar (Tanrıya) yaxınlaşdırılanlardır.
Muddəssir/74:36
İnsanlara bir xəbərdarlıqdır.
Muddəssir/74:37
İrəliləmək yaxud, geridə qalmaq istəyənləriniz üçün.
Muddəssir/74:38
Hər kəs öz günahı ilə məhkum olar.