Hicr - 15:25 Onları, sənin Rəbbin toplayacaq. O, Hikmət sahibidir, Biləndir.
Allah hər şeyi bilir:
Ənam/6:59 Gizli şeylərin (Qeybin) açarı Onun əlindədir, Ondan başqası onları bilməz. Quruda və dənizdə nə varsa onları bilir. Biliyi xaricində bir yarpaq belə düşməz. Yerin qaranlığında bir toxum, yaş və ya quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda qeyd edilməsin.

Mucadilə/58:6 Gün gələr Allah onları toplu şəkildə dirildər və sonra etmiş olduqlarını özlərinə xəbər verər. Onlar, unutduqları halda, Allah onları hesaba almışdır. Və Allah hər şeyə Şahiddir.
Mucadilə/58:7 Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini anlamırsınız? Üç nəfər gizli danışsa, mütləq O onların dördüncüsüdür. Beş nəfər olsalar, mütləq O onların altıncısıdır. İstər bundan az və ya çox və harada olursa olsunlar, O onlarla bərabərdir. Sonra dirilmə günündə onlara etdiklərini xəbər verər. Allah hər şeyi Biləndir.

Qaf/50:16 İnsanı Biz yaratdıq və onun öz-özünə nəyi pıçıldadığını yaxşı bilirik. Biz ona şah damarından daha yaxınıq.

Yunus/10:61 Hansı durumda olursunuz olun, Qurandan nə oxuyursunuz oxuyun, hansı işi görərsəniz görün, siz onlarla uğraşarkən Biz mütləq sizə şahid oluruq. Göylərdə və yerdə olan bir atom ağırlığı belə Rəbbinin kontrolunun xaricinə çıxa bilməz. Atomdan da kiçik olsun, böyük olsun, hər şey açıq-aşkar bir kitabda qeyd edilmişdir.

Qaf/50:17 Sağında və solunda iki alıcı mələk oturub qeyd etməkdədirlər (yazmaqdadırlar).
Qaf/50:18 Yanında gözətçi şahidlər olmadan ağzından bir söz çıxmaz.

Mulk/67:13 İstər sözünüzü gizləyin, və ya onu açıqlayın; O, kökslərin içindəkini bilir.
Mulk/67:14 Heç Yaradan yaratdığını bilməzmi? O, Lətifdir, Xəbərdardır.

Hud/11:5 Onlar, sinələrində olanı şüuraltı olaraq Ondan gizləmək istəyərlər. Yaxşı bilin ki, libaslarına büründüklərində belə onların gizlədiklərini və açıqladıqlarını bilir. O, gizli düşüncələri Biləndir.

Təhrim/66:3 Peyğəmbər, zövcələrindən birinə gizlicə bir hədis söyləmişdi. Zövcəsi bunu yayınca, Allah onu bundan xəbərdar etdi. Ona vəziyyətin bir qismini bildirmiş, bir qismindən isə vaz keçmişdi. Peyğəmbər mövzunu zövcəsinə açınca zövcəsi, "Bunu sənə kim xəbər verdi?" deyə soruşdu. "Hər şeyi Bilən və hər şeydən Xəbərdar olan mənə bildirdi," deyə cavabladı.

Səba/34:3 İnkar edənlər, "Saat, heç vaxt gerçəkləşməyəcək," dedilər. De ki, "Şübhəsiz, Rəbbimə and olsun sizə gələcəkdir. O, gələcəyi Biləndir. Göylərdə və yerdə bir atom ağırlığı Ondan gizli qalmaz. İstər ondan kiçik olsun, yaxud böyük olsun... Hamısı açıq-aşkar bir kitabdadır.

Nəml/27:75 Göylərdə və yerdə gizli olan hər şey, istisnasız açıq-aşkar bir kitabdadır.

Maidə/5:116 Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."

Ənam/6:3 O, göylərdə və yerdə olan Allahdır. Sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilir, qazandıqlarınızı da bilir.

Rad/13:9 Gizlini və aşkarı Biləndir; Böyükdür, Ucadır.
Rad/13:10 Sözü istər gizləyin, istər açıqlayın, istər gecənin qaranlığında gizlənin, istər gündüz vaxtı ortaya çıxın, Onun üçün eynidir.

Təğabun/64:4 Göylərdə və yerdə olanları bilir; sizin gizlədiklərinizi və aşkara vurduqlarınızı da bilir. Allah gizli düşüncələrinizi çox yaxşı bilir.

Ta ha/20:7 (Niyyətini) Sözlə açıqlasan da, (açıqlamasan da) O, gizlini və gizlinin gizlisini bilir.

Əhzab/33:37 Allah tərəfindən özünə yaxşılıq edilən və sənin də yaxşılıq etdiyin şəxsə, "Arvadını saxla və Allaha qarşı diqqətli ol," deyirdin. Beləcə Allahın açığa vuracağı bir şeyi gizləyirdin. Allahdan çəkinməli olduğun halda, insanlardan çəkinirdin. Zeyd zövcəsiylə əlaqəsini kəsdiyində Biz səni onunla evləndirmişdik ki, iman edənlər, övladlığa götürdükləri zövcələri ilə əlaqələrini kəsdiklərində onlarla evlənməkdə çətinliklə qarşılaşmasın. Allahın əmri yerinə yetirilməlidir.

Fussilət/41:40 Ayələrimizin gerçək mənasından yayındırmaq istəyənlər Bizdən gizli qalmaz. Atəşə atılanmı, yoxsa dirilmə günündə güvən içində Bizə gələnmi daha yaxşıdır? İstədiyiniz kimi davranın. O, etdiklərinizi əlbəttə Görəndir.

Ənbiya/21:3 Qəlbləri qorxusuzdur. Zalımlar gizlicə bir-birləriylə görüşdülər: "Bu adam sizin kimi bir insan deyilmi? Göz görə-görə sehrəmi qapılacaqsınız?"
Ənbiya/21:4 Dedi ki, "Rəbbim yerdə və göydə hər sözü bilir. O, Eşidəndir, Biləndir!"

Nisa/4:63 Allah onların qəlblərindəkini bilir. Onlara əhəmiyyət vermə, onları aydınlat və özləri barədə onlara təsir göstərə biləcək gözəl sözlər söylə.

Nəml/27:25 "Halbuki onlar, göylərdə və yerdə gizli olanı açığa çıxaran Allaha səcdə etməli idilər. O, onların gizlədiklərini də, açığa vurduqlarını da bilir."

Qasas/28:69 Çünki Rəbbin, onların aşkar etdiklərini bildiyi kimi, kökslərinin gizlədiklərini də bilir.

Əhzab/33:54 Bir şeyi aşkara çıxarsanız da, gizli saxlasanız da Allah hər şeyi yaxşı bilir.

Ali İmran/3:181 “Allah fəqir, biz isə zənginik!”– deyənlərin sözünü Allah eşitməkdədir. Söylədiklərini və haqsız yerə peyğəmbərləri öldürmələrini qeyd edəcəyik və "Yandırıb-yaxan əzabı dadın," - deyəcəyik.

Nisa/4:81 “Oldu, itaət edirik!” deyərlər. Ancaq Sənin yanından çıxdıqlarında onlardan bir qismi, söyləmiş olduqlarının əksinə (plan) qurur. Allah onların planlayıb qurduqları şeyləri qeyd edir. Onlara əhəmiyyət vermə; Allaha güvən. Dəstəkləyici olaraq Allah yetər.

Yunus/10:21 Onlara toxunan bir sıxıntıdan sonra insanlara bir rəhmət daddırdığımız zaman, ayə və möcüzələrimizə qarşı dərhal bir plan qurarlar. De ki: "Plan qurmada Allah daha cəlddir. Elçilərimiz, qurduğunuz bütün planları qeyd etməkdədir."


Casiyə/45:29 "Bu kitabımız sizə qarşı gerçəyi söyləməkdədir. Çünki biz, etdiklərinizi qeyd edirdik."

Ənbiya/21:94 Kim inanclı olaraq müttəqi işlər görərsə, onun bu cəhdi boşa getməyəcəkdir; Biz sürəkli olaraq qeyd etməkdəyik.

İbrahim/14:46 Onlar planlarını qurdular, halbuki planları Allahın kontrolundaydı. Planları dağları yerindən oynadacaq qədər olsa belə...

Tur/52:42 Yoxsa bir planmı tətbiq etmək istəyirlər? Halbuki kafirlərin özləri bir plana məhkum edilmişdir.

Zuxruf/43:80 Yoxsa, sirlərini və gizli planlarını eşitmədiyimizimi sanırlar? Doğrusu, yanlarındakı elçilərimiz qeyd etməkdədirlər (yazmaqdadırlar).

Bəqərə/2:74 Bütün bunlara rəğmən yenə qəlbləriniz qatılaşdı; daş kimi, hətta daha qatı. Çünki elə daşlar var ki, ondan çaylar fışqırır. Bəziləri yarılır, bağrından su çıxarır. Bəziləri isə Allaha olan hörmətdən gizlənər. Allah etdiklərinizdən xəbərsiz deyildir.
Bəqərə/2:149 Hansı tərəfdən yola çıxarsan çıx, (namaz üçün) üzünü Müqəddəs Məscidə doğru çevirməlisən! Bu, əlbəttə Rəbbindən gələn bir gerçəkdir. Allah etdiyiniz heç bir şeydən xəbərsiz deyildir.

Hud/11:123 Göylərin və yerin gizli olan şeyləri Allaha aiddir. Bütün işlər sonunda Ona dönər. Ona qulluq edin və Ona güvənin. Rəbbin onların etdiyindən xəbərsiz deyildir.

Muminun/23:17 Üstünüzdə yeddi yol yaratdıq və Biz əsla yaradılmışlardan (məxluqatdan) xəbərsiz olmadıq.