Hicr - 15:27 Cinləri də öncədən, içə nüfus edən parlaq atəşdən yaratdıq.
Cinləri nə məqsədlə yaratdı?
Zəriyət/51:56 Cinləri və insanları ancaq Mənə qulluq etmələri üçün yaratdım.

Saffat/37:158 Hətta Onunla cinlər arasında bir əqrəbalıq uydurdular. Halbuki cinlər bilirlər, onlar haqq-hesaba çəkiləcəklər.

Cinn/72:1 De ki, "Mənə vəhy edildiyinə görə, cinlərdən bir qrup dinlədilər və belə dedilər: "Biz diqqət çəkən bir Quran eşitdik."
Cinn/72:2 "O, doğruya yönəldir və biz ona iman etdik; bundan sonra Rəbbimizə heç kimsəni ortaq qoşmayacağıq."

Ənam/6:130 Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.