Hicr - 15:30 Bütün mələklər toplu halda səcdə etdilər;
İblis xaric bütün mələklər, insanın özlərindən üstün yaradıldığını qəbul etdilər:
İsra/17:61 Mələklərə, "Adəmə səcdə edin!" dediyimizdə, İblisdən başqa hamısı səcdə etdilər. "Palçıqdan yaratdığınamı səcdə edəcəyəmmiş?" dedi.
İsra/17:62 "Məndən üstün tutduğun bu şəxsi görürsənmi? Mənə Dirilmə gününə qədər möhlət versən, onun soyunu, çox azı istisna olmaqla sahiplənib pərişan edəcəyəm." dedi.

Sad/38:75 "Ey İblis, əllərimlə yaratdığıma səcdə etməkdən səni çəkindirən nədir? Təkəbbürmü göstərdin? Yoxsa üsyanmı etdin?" dedi.
Sad/38:76 "Mən ondan daha üstünəm. Məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın," dedi.