Hicr - 15:48
Orada onlara heç bir yorğunluq toxunmaz və oradan da çıxarılmayacaqlar.
İman edənlər Cənnətdə əbədi qalarlar.
Hud/11:108
Xoşbəxtlər isə, göylər və yer durduğu müddətcə cənnətdə qalacaqlar. Rəbbin istəyərsə başqa. Tükənməz bir mükafatdır bu.
Fatir/35:33
Ədn (sonsuzluğadək davam edən) cənnətlərinə girərlər. Orada qızıl bilərziklər və incilər taxacaqlar, oradakı libasları isə ipəkdəndir.
Ali İmran/3:136
Onlara, Rəblərindən bağışlanma və ağacları altından çaylar axan cənnətlərlə qarşılıq verilər; orada sürəkli qalarlar. Çalışanların mükafatı necə də gözəldir.
Duxan/44:51
Müttəqi olanlar isə güvənli bir məqamdadırlar.
Duxan/44:52
Bağçalar və bulaqlar içərisində.
Duxan/44:53
İpək və atlazdan geyimlər içində qarşı-qarşıya oturarlar.
Duxan/44:54
Bu belədir; onlara gözəl həmtaylar vermişik.
Duxan/44:55
Tam bir güvənlik içində hər meyvəni istəyərlər.
Duxan/44:56
Orada, ilk ölümdən başqa ölüm dadmazlar. Onları cəhənnəm əzabından qorumuşdur.