Hicr - 15:53 "Narahat olma, biz sənə bilikli bir oğul müjdəsini veririk," demişdilər.
İbrahim qonaqlarından nə üçün qorxdu?
Ənam/6:9 Onu bir mələk etsəydik, onu bir adam şəklində göndərər və həmin şübhələrində saxlayardıq.

Hicr/15:8 Biz mələkləri ancaq bəlli bir məqsəd üçün göndəririk. O zaman da kimsəyə möhlət verilməz.

Furqan/25:22 Mələkləri gördükləri gün, günahkarlar üçün ürəkaçan bir gün olmayacaqdır. "Tamamilə mühasirəyə alındıq," deyərlər.

Hud/11:69 Elçilərimiz İbrahimə müjdəni götürdüklərində "Salam!" (sülh olsun) dedilər. O da "Salam!" dedi və dərhal (onlara) qızardılmış bir buzov gətirdi.
Hud/11:70 Əllərinin ona uzanmadığını görüncə, bu hallarını bəyənmədi; içinə bir qorxu düşdü. "Qorxma," dedilər, "Biz Lutun xalqına göndərilmişik."

Zəriyət/51:24 İbrahimin möhtərəm qonaqlarının xəbərini aldınmı?
Zəriyət/51:25 Onun hüzuruna girmişdilər və "Salam (sülh) olsun" demişdilər. O da, "Salam sizə, yadlar (tanış olmayanlar)!" demişdi.
Zəriyət/51:26 Ailəsinə yönəldi və sonra kök bir buzov ilə gəldi.
Zəriyət/51:27 Onu onların önünə çəkib, "Yemirsiniz?" dedi.
Zəriyət/51:28 Onlardan bir qorxu hiss etdi. Bunun üzərinə onlar, "Qorxma!" dedilər və ona bilikli bir oğul müjdələdilər.

Furqan/25:7 Və dedilər, "Necə olur ki, bu elçi yemək yeyir və bazarlarda gəzib-dolaşır? Gərək onunla birlikdə xəbərdarlıq etmək üçün bir mələk nazil olaydı!"

Ənbiya/21:7 Səndən öncə, insanlardan başqa elçi göndərmədik; onlara vəhy edirdik. Bilmirsinizsə mütəxəssislərdən soruşun.
Ənbiya/21:8 Onları, yemək yeməyən bədənlər olaraq yaratmadıq. Onlar ölümsüz də deyildilər.

Furqan/25:20 Səndən öncə göndərdiyimiz bütün elçilər də yemək yeyərdilər, bazarlarda gəzib-dolaşardılar. Sizi bir-biriniz üçün bir sınaq etdik; səbr edə biləcəksinizmi? Rəbbin Görəndir.

Maidə/5:75 Məryəm oğlu Məsih elçidən başqa bir şey deyildi. Ondan öncə də neçə-neçə elçilər gəlib keçmişdi. Anası da doğru sözlü idi. Hər ikisi də yemək yeyirdi. Ayələrimizi onlara necə açıqladığımıza diqqət et, sonra buna rəğmən necə də üz çevirdiklərini gör!