Hicr - 15:84 Qazandıqlarının heç biri onları qurtara bilmədi.
Hicr xalqı necə məhv edildi?
Əraf/7:73 Səmud xalqına da qardaşları Salehi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Rəbbinizdən, sizə bir bəyyinə (dəlil) gəlmişdir. Bu Allahın dəvəsi sizin üçün bir işarət olacaqdır. Onu buraxın, Allahın torpağında otlasın. Ona bir zərər verməyin; yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar."
Əraf/7:74 "Ad xalqından sonra sizi varislər etdiyini xatırlayın. Sizi yer üzünə yerləşdirdi. Düzənliklərində köşklər qurub, dağlarında evlər yontursunuz. Allahın nemətlərini xatırlayın və yer üzündə fəsad törədərək qarışıqlıq çıxarmayın."
Əraf/7:75 Xalqının təkəbbürlü öncüləri, alçaldıb zülm etdikləri iman edənlərə, "Salehin gerçəkdən Rəbbi tərəfindən göndərilmiş olduğunu haradan bilirsiniz?" dedilər. Onlar da: "Biz onun gətirdiyi mesaja iman edirik," dedilər.
Əraf/7:76 Təkəbbür göstərənlər, "Biz, sizin iman etdiyiniz şeyi inkar edirik," dedilər.
Əraf/7:77 Dəvəni işgəncə edərək kəsdilər və Rəblərinin əmrinə (qarşı) baş qaldırdılar: "Saleh, gerçəkdən elçilərdən birisənsə, bizi təhdid etdiyin əzabı başımıza gətir," dedilər.
Əraf/7:78 Bundan sonra onları bir sarsıntı yaxaladı və evlərində diz üstə düşüb qaldılar.

Haqqə/69:5 Və Səmud o azğın (sarsıntı) ilə məhv edildi.

Fussilət/41:17 Səmud xalqına gəlincə, onlara yolu göstərdik, halbuki onlar korluğu hidayətdən üstün tutdular. Axırda, qazandıqlarına qarşılıq, onları alçaldıcı əzabın ildırımı yaxaladı.

Qamər/54:29 Bir yoldaşlarını çağırdılar. O da çəkib (dəvəni) kəsdi.
Qamər/54:31 Üzərlərinə tək bir partlama göndərdik və onlar (heyvanlar üçün) ağıl düzəldənin topladığı saman yığınına döndülər.

Fussilət/41:13 Üz çevirərlərsə, de ki, "Sizi Ad və Səmud ildırımına bənzər bir ildırımla xəbərdar etdim."

Şəms/91:14 Onu yalanlayıb dəvəni boğazladılar. Bunun üzərinə Rəbləri günahlarından ötrü onları silib yerlə-yeksan etdi.