Hicr - 15:9 Şübhəsiz Zikri (mesajı) Biz, bəli Biz nazil etdik və onu qoruyan da, əlbəttə yenə Bizik.
Zikr (Quran) necə qorunur?
Fussilət/41:42 Batil, onun nə önündən, nə də arxasından yaxınlaşa bilməz. Hikmət və Tərifəlayiq olanın nazil etdiyi bir vəhydir.


Mutaffifin/83:18 Doğrusu, yaxşıların kitabı İlliyyundadır.

Nisa/4:82 Quranı araşdırmırlarmı? Allahdan başqası tərəfindən olsaydı onda bir çox ziddiyyət tapacaqdılar.

İsra/17:88 De ki: "Bütün insanlar və cinlər bu Quranın bir bəzərini əmələ gətirmək məqsədi ilə toplansalar və bu mövzuda bir-birlərinə dəstək olsalar belə onun bir bənzərini əmələ gətirə bilməzlər."

Zumər/39:23 Allah sözün ən gözəlini endirdi, tutarlı və ikişərli bir kitab halında. Rəblərinə sayğı göstərənlərin dəriləri ondan dolayı ürpərər. Sonra dəriləri və qəlbləri Allahın mesajına qarşı yumşalar. Bu, Allahın yol göstərməsidir; istədiyini və/və ya istəyəni ona yetişdirər. Allahın azdırdığı bir kimsəyə rəhbər tapılmaz.

Hud/11:13 "Onu (Quranı) o uydurdumu"- deyirlər? De ki: "Haydı ona bənzər, uydurulmuş on surə gətirin. Allahdan başqa bütün dostlarınızı da çağırın, doğru sözlülərsinizsə!"