Hicr - 15:98
Rəbbini ucaldıb şövqlə xatırla və yerlərə qapan.
Rəbbini ucaldıb şövqlə (coşğuyla) an: Əlaqəli
Muzzəmmil/73:8
Rəbbinin ismini xatırla və bütün könlünlə Ona yönəl.
Əhzab/33:41
Ey iman edənlər, Allahı daha çox xatırlayın!
Əhzab/33:42
Onu səhər-axşam Ucaldın.
İsra/17:111
Və de ki: "Tərif Allahadır. O övlad götürməmişdir, idarəçilikdə ortağı və zəiflikdən ötrü də bir yardımçısı yoxdur." Onu mümkün qədər Ucalt.
Ta ha/20:130
Sözlərinə qarşı dözümlü ol, günəşin doğmasından və batmasından öncə Rəbbini ucaldaraq xatırla. Gecə vaxtı və günün hər iki ucunda da xatırla ki, xoşbəxt ola biləsən.
Nur/24:36
(Belə bir nur və hidayət), içlərində ismi xatırlandığı üçün, Allahın razı qalıb yüksəltdiyi evlərdədir. Orada, Onu səhər-axşam ucaldan...
Nur/24:37
Kəslər vardır. Onları, Allahı xatırlamaqdan, namazı qorumaqdan və zəkatı verməkdən nə bir iş, nə də bir ticarət yayındırmaz. Onlar, qəlblərin və gözlərin tərs dönəcəyi gündən qorxarlar.
İnsan/76:26
Gecə vaxtı Ona səcdə et və Onu uzun gecələrdə ucalt.
Əraf/7:205
Rəbbini könüldən yalvararaq, gizlicə və səssizcə səhər-axşam xatırla; qafillərdən olma.
Əraf/7:206
Rəbbinin qatındakılar, Ona qulluq etməkdən çəkinib təkəbbür göstərməzlər, Onu Ucaldırlar və Ona səcdə edərlər.
Furqan/25:58
Ölümsüz və Diri Olana güvən; Onu tərifləyərək ucalt. Qullarının günahlarını, Onun bilməsi kifayətdir.
Rum/30:17
Elə isə, gecə vaxtı bir küncə çəkildiyiniz və səhər vaxtı qalxdığınız zaman Allahı təriflə xatırlayın.
Rum/30:18
Axşam və günorta tətilində göylərdə və yerdə bütün təriflər Onadır.
Ğafir/40:55
Elə isə səbr et. Çünki Allahın sözü gerçəkdir. Günahların üçün də bağışlanma istə və Rəbbini axşam, səhər tərifləyərək Ucalt.
Tur/52:48
Rəbbinin hökmü gerçəkləşincəyə qədər səbr et, sən gözlərimizin önündəsən və qalxdığın zaman Rəbbini tərifləyərək ucalt.
Səcdə/32:16
Yataqlarından qalxıb qorxaraq və ümid edərək Rəblərinə yalvararlar. Onlara verdiyimiz nemətlərdən də verərlər.
Tur/52:49
Gecə vaxtı və ulduzlar batarkən Onu ucalt.
Qaf/50:39
Onların söylədiklərinə səbr et və Günəşin doğmasından və batmasından öncə Rəbbini tərifləyərək ucalt.
Qaf/50:40
Gecə vaxtı Onu ucalt və səcdələrin ardından da...
Səcdə/32:15
Ayə və möcüzələrimizə gerçəkdən iman edənlər, onları eşitdikləri zaman səcdəyə vararlar və təkəbbür göstərmədən Rəblərini ucaldarlar.
Fəth/48:9
(Ona görə) ki, siz insanlar, Allaha və elçisinə iman edəsiniz və Ona hörmət göstərəsiniz, Onu dinləyəsiniz və səhər-axşam Onu Ucaldasınız.
Vaqiə/56:74
Elə isə Böyük Rəbbinin ismini Ucalt.
Vaqiə/56:96
Elə isə Böyük Rəbbinin ismini ucalt.
Haqqə/69:52
Elə isə Böyük olan Rəbbinin ismini ucalt.
Muddəssir/74:3
Rəbbini ucalt.
İnsan/76:25
Rəbbinin ismini xatırla, səhər-axşam.
Nəsr/110:3
Rəbbini tərifləyərək ucalt və Ondan bağışlanma dilə. O, tövbələri sürəkli qəbul edəndir.
Ali İmran/3:41
"Rəbbim, mənə bir əlamət ver, - dedi. "Əlamətin, üç gün işarə ilə anlaşmaqdan başqa insanlarla danışmamandır. Rəbbini daha çox xatırla və səhər-axşam Onu düşün.”
Furqan/25:77
De ki, "Duanız olmasa Rəbbimin yanında dəyəriniz yoxdur. Yalan hesab edərsinizsə, nəticəsinə qatlanacaqsınız."
Hicr/15:98
Rəbbini ucaldıb şövqlə xatırla və yerlərə qapan.