Nəhl - 16:111
O gün hər kəs gələr özünü qurtarmağa çalışar və hər kəsə etdiyinin qarşılığı tam ödənər və onlara əsla zülm edilməz.
Hər kəsə etdiyinin qarşılığı tam verilər:
Ənbiya/21:47
Dirilmə günü üçün ədalət tərəziləri qurarıq. Kimsəyə heç bir haqsızlıq edilməz. Xardal dənəsi qədər bir ağırlığı belə hesaba qatacağıq. Biz, Hesab Çəkən olaraq yetərik.
Muminun/23:101
Boruya üfürüləcəyi gün artıq aralarında əqrəbalıq yoxdur və bir-birləri ilə də marağlana bilməzlər.
Muminun/23:102
Tərəziləri ağır gələnlər, məhz onlar qazanacaqlar.
Muminun/23:103
Tərəziləri yüngül gələnlər isə, onlar, şəxsiyyətlərini itirənlərdir. Cəhənnəmdə əbədi qalacaqlar.
Əraf/7:8
O gün tərəzi doğrudur. Tərəziləri ağır gələnlər – uğur qazananlardır.
Əraf/7:9
Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsız davranaraq şəxsiyyətlərini itirənlərdir.
Qariə/101:6
Kimin tərəziləri ağır gələrsə,
Qariə/101:7
O, xoşbəxt bir həyat içində olacaqdır.
Qariə/101:8
Kimin də tərəziləri yüngül gələrsə,
Qariə/101:9
Onun da anası uçurumdur.
Zəlzələ/99:7
Kim bir atom ağırlığında yaxşılıq edərsə, onu görər.
Zəlzələ/99:8
Və kim bir atom ağırlığında pislik edərsə, onu görər.
Ənam/6:160
Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qatı vardır. Kim pislik gətirərsə, ancaq gətirdiyinin misli ilə cəzalandırılar və onlara haqsızlıq edilməz.
Ğafir/40:40
Kim pislik işləyərsə, ona ancaq onun qədər bir cəza verilər. Kişi və ya qadın (olsun), kim inanclı olaraq müttəqi işlər görərsə, onlar cənnətə girərlər və orada hesabsız olaraq nemətlənərlər.
Nəml/27:89
Kim yaxşılıq gətirərsə, ona ondan daha yaxşısı verilər və onlar o günün qorxusundan güvənlikdə olarlar.
Ya sin/36:54
Bu gün heç kimsəyə ən xırda bir haqsızlıq edilməz və etdiyinizin qarşılığından başqasını da görməzsiniz.
Ali İmran/3:25
Hər kəsə qazandığının qarşılığı haqsızlıq edilmədən ödənəcəyi, gerçəkləşməsində şübhə olmayan o gün üçün onları topladığımızda halları necə olacaq?
Qaf/50:28
O da deyər ki, "Hüzurumda höcətləşməyin. Sizə daha öncədən xəbərdarlıq göndərmişdim."
Qaf/50:29
"Mənim qatımda söz dəyişdirlməz və Mən qullara əsla haqsızlıq etmərəm."
Bəqərə/2:281
Allaha döndəriləcəyiniz gündən çəkinin. Hər kəsə qazandığının qarşılığı haqsızlıq edilmədən ödənəcək.
Tur/52:21
Soyları tərəfindən izlənən iman edənlərə soylarını da qatarıq və onların etdiklərindən heç bir şeyi əskiltmərik. Hər kəs qazandığı şeylərin bir girovudur.
Ali İmran/3:195
Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”
Ğafir/40:17
O gün hər kəsə etdiyinin qarşılığı ödənər. O gün haqsızlıq yoxdur. Allah tez haqq-hesab çəkəndir.
Əhqaf/46:19
Hər biri üçün, etdiklərinə görə dərəcələr vardır. Etdiklərinin qarşılığı, haqsızlıq edilmədən tam verilər.
Ta ha/20:112
İnanclı olduğu halda müttəqi davrananlar heç bir haqsızlıqdan və çətinlikdən qorxmayacaqdır.
Yunus/10:27
Pislik və günah qazananlara isə pisliyinin eynisi ilə qarşılıq verilər. Üzlərini bir alçalma hissi bürüyər. Allahdan başqa bir qoruyucuları yoxdur. Üzləri sanki qaranlıq gecədən bir parçayla bürünmüşdür. Onlar atəş əhlidir; onlar orada əbədi qalacaqlar.
Qasas/28:84
Kim yaxşılıqla gələrsə, ona ondan daha yaxşısı veriləcəkdir. Kim pislik ilə gələrsə, o pislikləri işləyənlərə ancaq etdikləri qədər bir qarşılıq veriləcəkdir.
Nisa/4:85
Kim bir yaxşılığa vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Kim bir pisliyə vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Allah hər şeyi kontrol edər.
Nisa/4:123
Bu, nə sizin xülyalarınız, nə də Kitab əhlinin xülyalarına görədir: Kim bir pislik işləyərsə qarşılığını görər və Allahdan başqa bir Sahib və Yardımçı tapa bilməz.
Saffat/37:38
Siz əlbəttə ağrılı-acılı əzabı dadacaqsınız.
Saffat/37:39
Sadəcə etmiş olduqlarınızın qarşılığını görürsünüz.